Icma.az
close
up
RU
COP29 tədbirini yüksək səviyyədə keçirən Azərbaycan bu sahədə təcrübəsini qardaş Türkiyə ilə bölüşməyə hazırdır

COP29 tədbirini yüksək səviyyədə keçirən Azərbaycan bu sahədə təcrübəsini qardaş Türkiyə ilə bölüşməyə hazırdır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP31) Tərəflər Konfransının 31-ci sessiyasının 2026-cı ilin noyabr ayında Türkiyədə keçiriləcəyini açıqladı. Türkiyə Prezidenti ölkənin bərpa olunan enerji mənbələrinə keçidini və "Sıfır Tullantı" təşəbbüsünü vurğulayıb.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə Respublikası öz tarixində ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransına ev sahibliyi etmək hüququna layiq görülüb.

Vüqar Rəhimzadə

“COP31-ə ev sahibliyi etmək barədə yekun qərar Braziliyanın Belem şəhərində keçirilən iqlim sammitində (COP30) Azərbaycanın fəal iştirakı ilə keçirilən beşgünlük müzakirələrdən sonra qəbul edilib. Qərbi Avropa və Digər Dövlətlər Qrupunun üzvləri təşəbbüsü yekdilliklə dəstəkləyib. Bütün tərəflər COP31 Tərəflər Konfransının gələn il Türkiyədə keçirilməsi, COP31-in sədrliyini Ankaranın, danışıqlara Avstraliyanın sədrlik etməsi ilə bağlı razılığa gəliblər. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 31-ci sessiyasının (COP31) gələn ilin noyabr ayında keçirilməsi gözlənilir”-deyən deputat vurğulayıb ki, sammitdə iştirakçıların sayı nəzərə alınmaqla, Antalyada COP31-in iclaslarının keçirilməsi gözlənilir, liderlər səviyyəsində bəzi müzakirələr isə İstanbulda aparıla bilər.

Vüqar Rəhimzadə qeyd edib ki, COP31 bütün tərəfləri konstruktiv dialoq və qarşılıqlı hörmətə əsaslanan ətraf mühitin mühafizəsi tədbirlərini irəli aparmağa çağırış olacaq, bəşəriyyətin ortaq gələcəyi üçün qlobal həmrəylik çox vacibdir.

“Ötən il COP29 tədbirini yüksək səviyyədə keçirən Azərbaycan bu sahədə təcrübəsini qardaş Türkiyə ilə bölüşməyə hazırdır. Azərbaycanın COP29 iqlim konfransına yüksək səviyyədə ev sahibliyi bu sahədə zəngin təcrübəyə malik olduğunu nümayiş etdirdi. Qısa müddətdə Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Bakıda keçirilən COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un yüksək səviyyədə təşkili və əldə olunan nəticələr qonaqlar tərəfindən yüksək dəyərləndirildi. Bakı iqlim konfransı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədini qəbul etdi. Şübhəsiz, bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək”-deyən Vüqar Rəhimzadə bildirib ki, Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsi iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Noyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri