Mənzil bazarında qiymətlər niyə artıb? VİDEO
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son zamanlar mənzil bazarında qiymətlərin artdığı müşahidə olunur.
Globalinfo.az xəbər verir ki, əmlakçıların sözlərinə görə, hazırda bazarda qiymətlər orta hesabla 10 faiz artıb.
“Keçən il Nərimanov rayonunda 210 min manata satılan mənzillərin qiyməti indi 250 min manatdır. Süni qiymət artımıdır, ölkədəki bahalaşma ilə əlaqəsi yoxdur”, – deyə mövzu ilə bağlı açıqlamasında makler deyib.
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, qiymət artımı əsasən ipoteka şərtlərinə uyğun olan mənzillərdə müşahidə edilir. Onun sözlərinə görə, sahəsi böyük olan mənzillərdə son beş ay ərzində ciddi qiymət artımı qeydə alınmayıb.
Ekspert əlavə edib ki, şəhər daxilində aparılan abadlıq və söküntü işləri, xüsusilə köhnə və fərdi yaşayış evlərinin plana düşməsi bir çox vətəndaşların Bakıətrafı ərazilərə köçməsinə səbəb olub. Bu amil isə paytaxta yaxın qəsəbə və kəndlərdə mənzillərə tələbatı artıraraq qiymətlərin yüksəlməsinə gətirib çıxarıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 08 Yanvar 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















