Icma.az
close
up
RU
COP29: Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi mövzusunda təqdimat olub AZƏRTAC

COP29: Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi mövzusunda təqdimat olub AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı yaradılmış Yaşıl zonada “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində Azərbaycanın Kür və Araz çaylarının subasarında yerləşən Tuqay meşələrinin karbon dinamikasının qiymətləndirilməsi mövzusunda təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun, Bakı Dövlət Universitetinin və Aviasiya Akademiyasının mütəxəssislərinin, eləcə də layihənin tərəfdaşı olan Qana Respublikasının “Abibiman Foundation LBG” qeyri-hökumət təşkilatının nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin layihə meneceri Gülbağda Leysanova Hacıyeva layihənin məqsədi, fəaliyyətləri haqqında ətraflı məlumat verib, ölkəmizdə biomüxtəliyin qorunmasına yönəlmiş layihələrin icrasının əhəmiyyətinə diqqət çəkib.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev Tuqay meşələrinin biomüxtəlifliyin qorunması və inkişafı, eləcə də atmosferdə karbon emissiyasının azaldılması rolundan, uzun müddət ciddi mühafizə edilməməsi, iqlim dəyişikliyi ilə əlaqədar Kür çayının hidroloji rejiminin dəyişməsi və digər amillər səbəbindən xeyli azaldığını, seyrəldiyini, ağacların cins tərkibinin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edib. Meşə ekosisteminin bərpası və karbon dinamikasının qiymətləndirilməsi, əldə olunan nəticələrin meşələrin salınması və ya bərpası işlərinin planlaşdırılması və digər məqsədlər üçün istifadəsinin əhəmiyyətini qeyd edərək, layihə çərçivəsində sahə tədqiqatlarının aparılması məqsədilə alınmış avadanlıqlar barədə məlumat verib.

Türkiyədən dəvət edilmiş mütəxəssis, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının nümayəndəsi Cuma Uykun “Meşələrdə biokütlə və karbon hesablanması metodologiyası: anlayışlar, problemlər və həllər” mövzusunda iştirakçılara ətraflı məlumat çatdırıb.

Sonra layihə çərçivəsində Hacıqabul rayonu ərazisində Tuqay meşə ekosisteminin bərpasına yönəlmiş ağacəkmə aksiyasından bəhs edən videoçarx nümayiş olunub. Bildirilib ki, aksiya zamanı 1,5 hektar ərazidə Tuqay meşəsinə aid 1800 ədəd ağac tingi, eləcə də 20 sot ərazinin mühafizəsi təşkil edilməklə nəsli kəsilməkdə olan 200-dən çox müxtəlif ağac növü əkilib.

Tədbirin davamında mütəxəssislər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təqdim edilən layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi çərçivəsində icra olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri