Icma.az
close
up
RU
Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi mövzusunda təqdimat keçirildi FOTOLAR

Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi mövzusunda təqdimat keçirildi FOTOLAR

Manset saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı yaradılmış Yaşıl zonada “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində Azərbaycanın Kür və Araz çaylarının subasarında yerləşən Tuqay meşələrinin karbon dinamikasının qiymətləndirilməsi mövzusunda təqdimat keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun, Bakı Dövlət Universitetinin və Aviasiya Akademiyasının mütəxəssislərinin, eləcə də layihənin tərəfdaşı olan Qana Respublikasının “Abibiman Foundation LBG” qeyri-hökumət təşkilatının nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin layihə meneceri Gülbağda Leysanova layihənin məqsədi, fəaliyyətləri haqqında ətraflı məlumat verib, ölkəmizdə biomüxtəlifliyin qorunmasına yönəlmiş layihələrin icrasının əhəmiyyətinə diqqət çəkib.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev Tuqay meşələrinin biomüxtəlifliyin qorunması və inkişafı, eləcə də atmosferdə karbon emissiyasının azaldılması rolundan, uzun müddət ciddi mühafizə edilməməsi, iqlim dəyişikliyi ilə əlaqədar Kür çayının hidroloji rejiminin dəyişməsi və digər amillər səbəbindən xeyli azaldığını, seyrəldiyini, ağacların cins tərkibinin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edib. Meşə ekosisteminin bərpası və karbon dinamikasının qiymətləndirilməsi, əldə olunan nəticələrin meşələrin salınması və ya bərpası işlərinin planlaşdırılması və digər məqsədlər üçün istifadəsinin əhəmiyyətini qeyd edərək, layihə çərçivəsində sahə tədqiqatlarının aparılması məqsədilə alınmış avadanlıqlar barədə məlumat verib.

Türkiyədən dəvət edilmiş mütəxəssis, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının nümayəndəsi Cuma Uykun “Meşələrdə biokütlə və karbon hesablanması metodologiyası: anlayışlar, problemlər və həllər” mövzusunda iştirakçılara ətraflı məlumat çatdırıb.

Sonra layihə çərçivəsində Hacıqabul rayonu ərazisində Tuqay meşə ekosisteminin bərpasına yönəlmiş ağacəkmə aksiyasından bəhs edən videoçarx nümayiş olunub. Bildirilib ki, aksiya zamanı 1,5 hektar ərazidə Tuqay meşəsinə aid 1800 ədəd ağac tingi, eləcə də 20 sot ərazinin mühafizəsi təşkil edilməklə nəsli kəsilməkdə olan 200-dən çox müxtəlif ağac növü əkilib.

Tədbirin davamında mütəxəssislər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təqdim edilən layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi çərçivəsində icra olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 21 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see122

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri