Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

COP29 üçün müvəqqəti gömrük nəzarət zonası

COP29 üçün müvəqqəti gömrük nəzarət zonası

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Sürətli keçid sistemi iştirakçıların asan gömrük rəsmiləşdirilməsini təmin edəcək

Ölkəmizdə keçiriləcək COP29 sammiti ilə əlaqədar müəyyən edilmiş tədbrilər planında ən mühüm istiqamətlərdən biri də xarici ölkələrdən gələn nümayəndə heyəti və iştirakçıların sürətli keçidinin və asan gömrük rəsmiləşdirilməsinin təmin edilməsidir. Həmin tapşırıqların icrası ilə bağlı Dövlət Gömrük Komitəsi tərəfindən “COP29 - Gömrük Komissiyası” yaradılıb. Komissiya COP tədbirləri üçün Azərbaycana səfər edən qonaqlara məxsus əşya və avadanlıqların rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün Bakı Olimpiya Stadionunun ərazisində “COP29 - müvəqqəti gömrük nəzarət zonası” təşkil edilib. Həmin zonada təmassız texnologiya infrastrukturu qurulub ki, bu, COP29 təbiri zamanı lazım olan zəruri avadanlıqlar, material və qurğular, habelə media orqanlarının texnika və ləvazimatlarının gömrük məntəqəsində rəsmiləşdirilməsini qısa zaman intervalında həyata keçirməyə imkan verir.

Beynəlxalq təcrübəyə əsaslanan təmassız yoxlamalar

Qeyd edək ki, BMT-nin tövsiyələrinə əsasən, COP sammitlərində iştirak edən heyətlərin bütün üzvlərinin tədbirin keçirildiyi ölkəyə gəlişini tez və rahat şəkildə təmin etmək üçün hava nəqliyyatı və mülki aviasiya sektorlarında, sərhəd-keçid məntəqələrində xüsusi tədbirlər və prosedurlar icra olunur. Xarici qonaqların sammit ölkəsinə səfərini daha əlçatan etmək üçün beynəlxalq səviyyədə asanlaşdırıcı gömrük rejimləri tətbiq olunur. Gömrük zonaları həmin tədbirlər proqramının bir hissəsidir və gömrük orqanları texnoloji potensiallardan istifadə etməklə daha çevik idarəetmə sistemini tətbiq etməyə hazırlanır. Nəzarət və buraxlış seqmentlərinə əlavə elektron xidmət kanalları əlavə olunur.

Bu planın bir hissəsi kimi keçid məntəqələrində “mavi” və “yaşıl zona”lar təşkil edilir ki, bu zonalarda ən innovativ cihazlar, sensor otaqları, sürətli gömrük emalı qurğuları quraşdırılır. Məsələn, COP28-in keçirildiyi Birləşmiş Ərəb Əmirliyində, yaxud COP-27-nin təşkil olunduğu Misirdə dövlət və hökumət üzvləri üçün “yaşıl zona”, digər iştirakçılar üçün “mavi zona” bölmələri yaradılmışdı. Eləcə də bəyannamə sistemi tamamilə təkmilləşdirilərək qısa və sadə bəyannamə formaları tərtib edilmiş, habelə konfransda media fəaliyyəti üçün tələb olunan mallarının “e-customs” portalı vasitəsilə bəyan edilməsi üçün ayrıca elektron resurslar formalaşdırılmşdı. Həmçinin tədbir iştirakçılarına məxsus əşya və ləvazimatların təmassız qəbulu prosesi həyata keçirilib. Xüsusi elektron müşahidə kameralarından istifadə etməklə gömrük və sərhəd xidməti orqanı əməkdaşının fiziki təması olmadan aparılan bu yoxlamalar zamanı xüsusi cihazlardan istifadə olunur.

Azərbaycan hökuməti qeyd edilən bütün bu yenilikləri tətbiq etmək üçün ötən aylarda COP29 Təşkilat Komitəsinin tapşırığına əsasən, tədbirlər planı hazırlayıb və plana uyğun olaraq aiddiyatı qurumların əməkdaşları təlim və seminarlar vasitəsilə bu prosedurları tam mənimsəyərək lazımı təcrübə toplayıb. Həmin təkmil bilik və təcrübələrə əsasən, lazımi elektron avadanlıq və nəzarət-müşahidə  cihazları əldə edilib, gömrük sistemində təmassız yoxlam rejimləri təmin olunub, eyni zamanda, gömrük prosedurlarını ən qısa və sürətli tezlikdə həyata keçirən asan keçid mexanizmi infrastrukturları qurulub.

“COP29 Xüsusi Viza”sının alınması...

Onu da qeyd edək ki, COP29-da iştirak edəcək şəxslərin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə gömrük zonalarında nəzarəti həyata keçirilən əməkdaşlara ən son texnoloji imkanlara cavab verən baxış-rentgen texnikaları, mobil və stasionar yoxlama baxış sistemləri, baqaj yoxlama cihazları və digər texniki nəzarət vasitələri ilə də təmin edilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında COP29-a hazırlıq çərçivəsində konfrans iştirakçıları üçün xüsusi giriş vizalarının terminallar vasitəsilə qeydiyyat prosesi təkmilləşdirilib, yoxlanış məntəqələrinin sayı artırılıb, xüsusi təhlükəsizlik qurğuları yerləşdirilib.  Bu amil də Azərbaycanda təhlükəsizliyin ən etibarlı və yüksək səviyyədə təşkilini təsdiqləyir.

Bundan başqa, qonaqların hələ səfərdən əvvəl elektron gömrük sistemində çox rahat və ani vaxt tezliyində zəruri məlumatları yerləşdirməsi və qeydiyyatdan keçməsi üçün operativ e-infrastruktur yaradılıb. Qonaqlar “COP29 Xüsusi Viza”sını həm rəsmi elektron viza portalı, həm də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə edə bilirlər. Asan gömrük rejiminə əsasən, COP-a gələn şəxslərin özləri ilə gətirəcəkləri əşyaların elektron qaydada öncədən bəyan edilməsi prosesində də təkmilləşdirilmələr aparılıb. Belə ki, sadələşdirilmiş gömrük bəyannamələrinin daha asan və sürətli tərtib eilməsi məqsədilə komitənin müvafiq portalında media nümayəndələri üçün mal adlarının qısa yol keçidləri hazırlanıb, Həmçinin bəyannamələrin təsdiqinin “QR kod”la həyata keçirilməsi mexanizmi təmin edilib.

Bundan başqa, tədbir iştirakçılarının və ölkəmizə gələn qonaqların gömrük qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə gömrük sərhədindən keçirilən mallarla bağlı qanunvericiliyin tələblərinə dair məlumatlandırıcı və izahedici videoçarxlar hazırlanaraq komitənin rəsmi internet səhifəsində yerləşdirilib, həmçinin “cop29.az” rəsmi internet saytına inteqrasiya olunub.

Beləliklə, Azərbaycan beynəlxalq COP təcrübəsinə əsaslanaraq gömrük yoxlama və rəsmiləşdirilməsi prosesini maneəsiz və sürətli rejimdə təmin etmək üçün sərhəd-keçid zonalarında bütün infrastrukturlarını hazır vəziyyətə gətirib. Gömrük zonasında çevik və sadələşdirilmiş idarəetmə sistemi yaşıl xətt sxemi üzrə sərnişinlərə məxsus mal və əşyaların tez bir zamanda keçidini başa çatdırmağa imkan verir.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:493
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri