Icma.az
close
up
RU
COP29 un ən mühüm nailiyyətlərindən biri Azərbaycanın iqlim məsələlərinin planetar miqyasda həllinə sadiqliyinin nümayişidir MÜSAHİBƏ

COP29 un ən mühüm nailiyyətlərindən biri Azərbaycanın iqlim məsələlərinin planetar miqyasda həllinə sadiqliyinin nümayişidir MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 aprel, Pərvanə Qafarova, AZƏRTAC

Ümumdünya Təbiəti Mühafizə Fonduna müxtəlif təşkilatlar daxildir. Beynəlxalq təşkilat olaraq Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işində fəal iştirak edib. COP29 genişmiqyaslı bir tədbirdir və onun gedişində mən çoxlu təcrübə topladım.

Bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin COP29 üzrə kommunikasiyalar və inkişaf koordinatoru Elçin Sərdarov AZƏRTAC-a müsahibəsində deyib.

“Biz WWF-in Azərbaycandakı nümayəndəliyinin direktoru Elşad Əsgərov, COP29-da Qlobal WWF-un kommunikasiyalar rəhbəri Mendi Vuds, COP29-da media rəhbəri Robin Harvi və WWF-in Qafqaz Proqram Ofisinin direktoru Georgi Sanadiradze ilə birlikdə işləyirdik. Hesab edirəm ki, COP29-un ən mühüm nailiyyətlərindən biri iqlim böhranının hər il 300 milyard dollar məbləğində maliyyələşdirilməsi ilə bağlı konsensusun əldə edilməsi olub. Lakin mən onu da deyərdim ki, COP29-un ən mühüm nailiyyətlərindən biri də Azərbaycanın müxtəlif ölkələrin nümayəndələrini ən yüksək səviyyədə qəbul etmək potensialının dünya ictimaiyyətinə nümayiş etdirilməsi, eləcə də Azərbaycanın beynəlxalq konvensiyalara sadiqliyi və mədəniyyətini, iqlim məsələlərinə münasibətini planetar miqyasda nümayiş etdirməsidir. Təbii ki, əməkdaşlıq etməyə hazır olması, inkişaf etməkdə olan ölkələrə yardımın göstərilməsidir”, - deyə Elçin Sərdarov bildirib.

Ümumdünya Təbiəti Mühafizə Fondunun COP29-dan gözləntilərindən danışan Elçin Sərdarov qeyd edib: “İlk növbədə, WWF COP29-da 1,5 dərəcə Selsi səviyyəsinə uyğun olan planların həyata keçirilməsi və iqlimə təsir məsələlərinin həlli üçün yeni maliyyələşdirmə hədəfi üzrə Sazişin əldə ediləcəyini gözləyirdi. Həmçinin istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdıran və qazıntı yanacağından ədalətli və bərabərhüquqlu keçidi təmin edən yeni, milli səviyyədə müəyyən edilən töhfələrlə (NDC) bağlı gözləntilər olub. Üçüncü bənd, xüsusilə iqlim dəyişikliyi ilə bağlı uyğunlaşma, itkilər və zərər, həmçinin keçmiş öhdəliklərin və vədlərin yerinə yetirilməsi üçün COP29-da ölkələrin yeni maliyyə öhdəliklərinə nail olmaqdır. Dördüncü bənd, iqlim dəyişikliyi ilə mübarizənin əsas qlobal və milli prioritet olduğunu nümayiş etdirən artan beynəlxalq əməkdaşlığın siyasi siqnallarıdır. Son bənd, iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı fəaliyyət üçün təbiətin əhəmiyyətini etiraf edən İqlim Sammitinin əvvəlki qərarlarının həyata keçirilməsi və Biomüxtəliflik üzrə Qlobal Çərçivə Proqramı ilə razılaşmanın təşviqi üçün iqlim və təbiət üzrə işçi axınının yaradılmasıdır”.

Bütün xarici qonaqların COP29-un Bakıda keçirilməsindən razı qaldıqlarını və əməkdaşlıq etmək arzusunda olduqlarını vurğulayan Elçin Sərdarov bildirib ki, qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevin yüksək səviyyəli tədbirlərdə şəxsən iştirakını yüksək qiymətləndiriblər. Elçin Sərdarov COP29-a Sədrliyin bütün məsələlər üzrə yüksək səviyyədə hazırlığını da qeyd edib.

“COP29 göstərdi ki, Azərbaycanın bütün strukturları qonaqları ən yüksək səviyyədə qəbul etmək üçün hazır olub. Həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının, dünyaca məşhur beynəlxalq təşkilatların nümayəndələri yüksək maddi-texniki təminat səviyyəsini, informasiya dəstəyini və ümumilikdə COP29-un Bakıda yüksək səviyyədə təşkilini qeyd ediblər. COP29-da WWF-in kommunikasiya rəhbəri xanım Mendi Vuds və media rəhbəri Robin Harvinin rəhbərliyi ilə bizim beynəlxalq komandamız dünya mediasının nümayəndələri üçün çox maraqlı konfranslar, mətbuat konfransları təşkil edirdi. Dünyanın aparıcı jurnalistlərini milli parklarımızla tanış etmək üçün biz onlar üçün Abşeron və Şirvan milli parklarına və Qobustana media turları təşkil edirdik. Bu media turları zamanı onlar Azərbaycanın ətraf mühitin mühafizəsi məsələlərinə və ekoloji maarifləndirmə proqramlarının təşviqinə nə qədər diqqət yetirdiyini öz gözləri ilə gördülər.

COP29 zamanı biz universitetlərimizin, Milli Elmlər Akademiyasının institutlarının, həmçinin WWF-in Azərbaycan nümayəndəliyinin və kommunikasiya qrupunun təşəbbüsü ilə keçirilən müxtəlif elmi konfranslarda iştirak etdik. COP29 təşkilatçılarından biri olub və bu konfranslara ekspertləri cəlb edib. Bakı Dövlət Universitetində iqlim dəyişikliyi ilə bağlı elmi konfrans keçirildi, biz orada WWF adından çıxış etdik, iqlim dəyişikliyi ilə bağlı nümayəndələr var idi.

Həmçinin Bakıdakı 6 nömrəli məktəb-liseydə IBE təhsil proqramı ilə birlikdə həm COP29 konfransı, həm də ingilis dilində təhsil alan şagirdlərlə viktorinalar, intellektual oyunlar keçirilib”, - deyə Elçin Sərdarov qeyd edib.

Elçin Sərdarov xatırladıb ki, COP29 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun birgə təşkilatçılığı ilə “İqlim Dəyişikliyi Kontekstində Bəbirlərin Mühafizəsi” mövzusunda panel müzakirələri keçirilib, burada Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Elçin Sərdarov COP29-un işıqlandırılmasında Azərbaycan mediasının fəal rolunu qeyd edərək demişdir: “Onu da qeyd etmək istərdim ki, ölkənin aparıcı agentliklərindən biri olan AZƏRTAC ilk günlərdən bütün tədbirlərimizdə, istər COP29-un qonaqlarının və BMT-nin İqlim Dəyişikliyi Proqramının nümayəndələrinin ilk mətbuat konfransında, istərsə də WWF-in Azərbaycandakı bütün mətbuat konfranslarında və mətbuat turlarında təmsil olunub”.

E.Sərdarov onu da bildirdi ki, aprelin 22-də BDU-da “Ətraf mühitin mühafizəsi sahəsində Zərdabi irsi” mövzusunda seminar keçiriləcək.

“Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası, eləcə də Biologiya fakültəsi aprelin 22-də Yer Günündə Həsən bəy Zərdabi irsinin təbiətdən istifadə sahəsində irsi mövzusunda seminar keçirməyi planlaşdırır. Bu seminarda Zərdabinin Yer elminin inkişafına verdiyi töhfələrdən bəhs etməyi planlaşdırırıq, həmçinin onun Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi”də dərc olunmuş ilk məqalələri haqqında bəhs edəcəyik. Biz onun təbiətin bir xəzinə olduğu, onun insanlar üçün əhəmiyyətli dərəcədə ibrətamiz və faydalı olması barədə söylədiyi fikirlərdən danışacağıq. Həmçinin onun zəlzələ və vulkanların təsirlərinin araşdırıldığı coğrafiya və təbiət elmlərinə aid olan “Yer, su və hava” məqaləsinə də xüsusi diqqət yetiriləcək. Sonra onun gigiyena, atmosferin heyvanlara təsirinin dəyişməsi təəssüratlarından bəhs edən “İnsanın həyatında işıq” məqaləsi haqqında danışacağıq. Tələbələrlə Həsən bəy Zərdabinin insan və təbiət harmoniyasına verdiyi əhəmiyyəti haqqında müzakirələr aparacağıq. Hələ o zaman o qeyd edirdi ki, canlı təbiətin inkişafında işığın böyük rolu var. O, içməli su ehtiyatlarının qorunması və balıqların süni şəkildə çoxalmasına diqqət yetirilməsinin zəruriliyindən yazıb. O, bütün bunları bizim balıq yetişdirmə zavodlarımızın yaranmasından xeyli əvvəl demişdi.

Həsən bəy Zərdabi kainatda əbədi hərəkət və dəyişiklik ideyasını qəbul edərək göstərdi ki, insan təbiəti və özünü dərk etməyə qadirdir. O, özünün varlıq konsepsiyasına qeyri-məhdud təbiətlə yanaşı, məhdud təbiəti və onun ən yüksək forması olan insanı da daxil etmişdir.

Zərdabinin sözlərinə görə, təbiət öz varlığında əbədidir və əbədi bir xəzinədir. Biz də bu seminarda H.Zərdabinin ekoloji-estetik baxışlarını, pedaqogikada estetik, ekoloji tərbiyədəki rolunu ətraflı araşdıracağıq”, - deyə Elçin Sərdarov yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri