Icma.az
close
up
RU
Azərbaycanın hərtərəfli inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri...

Azərbaycanın hərtərəfli inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

20 ildə 20 767,1 km yol...

Yol-nəqliyyat infrastrukturu həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır. Müasir, optimal əlaqələndirilmiş yollar olmadan iqtisadiyyatın inkişafını təsəvvür etmək belə mümkün deyil. Eyni zamanda, rahat yollar çox doğru olaraq insanların rifahının təmin edilməsi anlamında qəbul olunur.

Bu baxımdan Azərbaycanın təcrübəsi təqdirəlayiqdir. Son 20 ildən artıq müddətdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bütün ölkə üzrə yüksək səviyyəli yol-nəqliyyat infrastrukturunun qurulması Azərbaycanın hərtərəfli inkişaf strategiyasının ən mühüm istiqamətlərindən birini təşkil edib. Deyə bilərik ki, respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi davamlı hal alıb. Elə bu günlərdə dövlətimizin başçısı “Şəmkir rayonunun Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, sözügedən yolların əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ilkin olaraq 2,0 (iki) milyon manat vəsait ayrılıb.

Qürur doğuran zəngin statistika

Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Dövlət başçısının imzaladığı sərəncamlar əsasında yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan kompleks tədbirlər nəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Sözsüz ki, bu da öz növbəsində, rahat gediş-gəlişi təmin edir, yük və sərnişin daşınmasını asanlaşdırmaqla vətəndaşların həyat şəraitini daha da yaxşılaşdırır. 2004- 2024-cü illərdə ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  tərəfindən respublikamızda 6593,7 km respublika əhəmiyyətli, 11643,6 km yerli əhəmiyyətli, 2529,8 km Bakı şəhər yolları olmaqla, ümumilikdə, 20 767,1 km uzunluğunda  yeni yollar tikilib və yaxud mövcud yollar əsaslı şəkildə təmir edilərək yenidən qurulub. Bundan başqa, bəhs olunan dövrdə ölkə ərazisində 727 körpü - yol ötürücüsü, 73 avtomobil tuneli, 163 yeraltı və yerüstü piyada keçidi inşa olunub. Bu zəngin statistika müstəqil Azərbaycanın dinamik inkişafının göstəricisi olmaqla yanaşı, həm də respublikamızın gücünü, nə qədər geniş imkanlara malik olduğunu təcəssüm etdirir.

Dünyada 27-ci, MDB-də 1-ci...

Qürurverici haldır ki, respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi nüfuzlu reytinq agentliklərinin dəyərləndirmələrində də yüksək qiymətə layiq görülüb. Qısa müstəqillik tarixində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşması böyük nailiyyətdir.

Ölkəmizdə respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması ildən-ilə daha da genişlənir. Hazırda da bir necə yol layihəsinin icrası uğurla davam etdirılməkdədir. Əlamətdar haldır ki, Prezident İlham Əliyev yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələrin icrasını ciddi nəzarətdə saxlayır. Dövlətimizin başçısı  bir qədər bundan əvvəl Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub. Magistral yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin magistral yola avtomobillərin iki istiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir.

Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir.

Hazırda Bərdə rayonunun Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı layihənin icrası uğurla davam etdirilir. Sözügedən avtomobil yolların əsaslı təmirinə ciddi ehtiyac yaranmışdı. Əsasən yararsız asfalt və çınqıl örtükdən ibarət yollarda payız və qış aylarında nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində problemlər yaşanırdı. Yenidənqurma işləri bu problemin aradan qaldırılmasına və yol şəraitinin daha müasir standartlara uyğun olmasına hesablanıb. Əmirli-Xanağlı-Uğurbəyli yolu 27 kilometr, Alpout-Qarayusifli-Tumaslı yolu isə 5.5 kilometr uzunluğa malikdir. Hər iki yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bunun üçün yolların eni 10 metrə qədər genişləndirilir.

Azad Qarabağa aparan yollar...

Qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasını yeni mərhələdə özünün əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Ölkəmiz işğal illərində ermənilər tərəfindən viran qoyulmuş həmin ərazilərin bərpasına müharibə başa çatandan dərhal sonra, vaxt itirmədən başladı. O cümlədən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq azad Qarabağda müasir yol infrastrukturunun qurulmasına start verildi. Qısa müddətdə bu istiqamətdə böyük iş həçmi yerinə yetirilib. Hazırda  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, həmçinin dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar əsassında işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3 382,6 km təşkil edən 44 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilir. Bunlardan  1076,1 km yol respublika əhəəmiyyətli, 2306,5 km yol isə yerli əhəmiyyətlidir. İndiyədək agentlik tərəfindən sözügedən layihələrdən ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən (39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb. İcrası başa çatdırlan layihələr sırasında Tərtər-Suqovuşan-Talış avtomobil yolunu (28,5 km), “Zəfər Yolu”nu -(101 km), Bərdə-Ağdam avtomobil yolunu (44,5 km), Füzuli-Hadrut avtomobil yolunu (12,3 km) və digərlərini göstərmək mümkündür.  İyulun 3-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib. Bildirilib ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir.

Nadir layihələrdən biri - Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu, Murovdağ tuneli

İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılan mühüm layihələrdən biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun, Murovdağ tunelinin inşasıdır. Burada mövcud yolun uzunluğu 100, yeni yolun uzunluğu isə 82 kilometrdir. Yol birinci və ikinci texniki dərəcəyə uyğun olaraq tikilməkdədir. Yolda artıq bir sıra işlər tamamlanıb.

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu Toğanalı-Kəlbəcər hissəsində 56 kilometr, Kəlbəcər-İstisu hissəsində isə 26 kilometr təşkil edir. Toğanalı-Kəlbəcər yolunun 13-cü kilometrliyindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən 3260 metrə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Bundan əlavə 561,2 metr, 626,9 metr, 500 metr və 947,9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. Bir neçə gün bundan əvvəl Murovdağ tunelinin sol tərəf yarım hissəsi də tunelə birləşdirilib. Murovdağ tunelinin yaxın perspektivdə istismara verilməsi bölgənin iqtisadi aktivliyini artırmaqla yanaşı, yük və sərnişin daşımalarını da xeyli asanlaşdıracaq.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see199

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see179

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see164

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see153

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see138

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see136

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see132

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see131

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see131

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see131

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see128

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see127

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see123

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see123

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri