Icma.az
close
up
RU
COP29 zamanı Bakıda hansı yollar bağlı olacaq?

COP29 zamanı Bakıda hansı yollar bağlı olacaq?

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Xəbər verildiyi kimi, COP29 günlərində Bakının bir sıra küçə və prospektlərində avtomobillərin hərəkətlərinə məhdudiyyətlər tətbiq olunacaq.

Lent.az xəbər verir ki, COP29 günlərində paytaxt daxilində nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı "APA-Economics" araşdırma aparıb.

Şəhər daxilində hərəkət dəyişdiriləcək

Şəhər daxilində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək. Mərkəzdən Hava Limanı istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Nizami küçəsindən istifadə etməklə Yusif Səfərov küçəsi, İzzət Orucov küçəsi, Fəzail Bayramov küçəsindən keçməklə sola doğru hərəkət edərək 8 Noyabr prospektinə çıxıb oradan Zığ yolu ilə Hava Limanı istiqamətində gedə biləcəklər. Heydər Əliyev prospektindən əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət edənlər "Koroğlu" metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov küçəsi, Yavər Əliyev küçəsi və oradan da sola doğru Asif Əsədullayev küçəsindən keçməklə “Komsomol” körpüsünün altından Sabunçu-Zabrat yoluna çıxa biləcəklər. Koroğlu Rəhimov və ya Xətai Dəmirçizadə küçəsindən mərkəz istiqamətində hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçəsindən istifadə etməklə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının arxası ilə hərəkət edib Dilarə Əliyeva küçəsinə, oradan da Rəşid Behbudov çıxa biləcəklər. Bilgəh kardioloji sanatoriyası tərəfdən, həmçinin Maştağa qəsəbəsi "Albalılıq" kimi tanınan ərazidən Hava Limanı istiqamətində gəlmək istəyənlər Mərdəkandan keçərək Şüvəlan istiqamətindən Qala dairəsinə, oradan da Zığ şosesinə çıxmaqla hərəkət edə biləcəklər. Hava Limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 noyabr prospektinə keçməklə Afyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və Mehdi Mehdizadə küçəsi ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə istiqamətlənən sürücülər Balaxanı yolu ilə Binəqədi ərazisini keçməklə şimal istiqamətinə və mərkəzə gedə biləcəklər.

COP 29 günlərində Bakının Mətbuat, Hüseyn Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Tbilisi, Azərbaycan, Parlament prospektləri, Fətəli Xan Xoyski, Cəfər Cabbarlı, Abbasmirzə Şərifzadə və İstiqlaliyyət küçələri nəqliyyatın hərəkətinə tam açıq olacaq. Tbilisi prospektində yalnız Şəfaət Mehdiyev küçəsi ilə İzmir küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Avtobusların hərəkət sxemi dəyişdiriləcək

COP29 günlərində Bakıda 57 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bakı metrosunun “Koroğlu” stansiyasının ətrafından "Piramida" adlanan ərazidən yalnız 163, 184 və 214 nömrəli avtobus marşrutları fəaliyyət göstərəcək. Bu marşrutlar paytaxtın Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində sərnişindaşımanı təmin edəcəklər. Yolun əks tərəfi isə COP29 əməliyyatları üçün istifadə olunacaq. Şəhərin mərkəzi hissələrindən “Koroğlu” metro stansiyasına gələn təqribən 12-ə yaxın marşrut üzrə avtobuslar metronun "Ulduz" stansiyası istiqamətinə, qalan marşrutlar isə "Qara Qarayev" və digər metrostansiyalara doğru yönəldiləcək. COP29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandıralacaq. Dəyişikliklərin tərkib hissəsi olaraq artıq noyabrın 4-dən paytaxtda sərnişindaşımanı həyata keçirən 33 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdirilib. Bunlar 1, 24, 93, 163, 60, 13, 184, 197, 198, 7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8, 15, 148, 162, 166, 38, 62, 70, 184, 214 nömrəli marşrut xətləridir. 9-24 noyabr tarixlərində COP29 iştirakçıları üçün avtobuslardan istifadə ödənişsiz olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Noyabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri