COP29 zolaqları noyabrın 25dən qüvvədən düşəcək AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Noyabrın 25-dən COP29 zolaqları qüvvədən düşmüş hesab ediləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumatda deyilir ki, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.
“Bu məqsədlə AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb.
Yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq.
25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək”, - deyə məlumatda qeyd olunub.
Baxış sayı:47
Bu xəbər 23 Noyabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















