Putinin müşaviri: Azərbaycan Trampı COP29a dəvət etsin, soruşaq, Paris Sazişindən çıxmaq istəyirmi?
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya prezidentinin müşaviri, iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev Donald Trampı Bakıda keçiriləcək iqlim konfransına-COP29-a dəvət etməyi təklif edib.
Edelgeriyevin fikrincə, COP29-da Trampdan Amerika Birləşmiş Ştatlarının Paris Sazişinin tərəfi kimi qalıb-qalmayacağını öyrənmək olar.
“Bizim ən yaxın vaxtlarda beynəlxalq tədbirimiz Azərbaycanda keçiriləcək. Bu, çox böyük BMT tədbiridir. Qoy, Azərbaycan Trampı COP29-a dəvət eləsin. Biz də onunla danışaq. Soruşaq ki, Paris Sazişindən çıxmaq istəyirmi?”, – deyə Edelgeriyev bildirib.
Qeyd edək ki, Paris razılaşması iqlim dəyişikliyi ilə bağlı beynəlxalq müqavilədir. 2017-ci ilin iyununda Tramp ölkəsinin bu müqaviləni tərk etmək qərarını açıqlayıb. Trampın fikrincə, bu müqavilə Amerika sərvətini başqa ölkələrin xeyrinə yenidən bölüşdürür və bu, 2025-ci ilə qədər ABŞ üçün 2,7 milyon iş yerinin itirilməsi ilə nəticələnə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 06 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















