Icma.az
close
up
RU
COP29da Bred Uilsonun Digər dünya fotosərgisi nümayiş olunur

COP29da Bred Uilsonun Digər dünya fotosərgisi nümayiş olunur

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçirilən COP29-dakı qonaqlar Azərbaycan təbiəti ilə tanışlıq imkanını həm də amerikalı fotoqraf Bred Uilsonun (Brad Wilson) fotosərgisində əldə edirlər.

Oxu.Az xəbər verir ki, COP29 çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Mavi Zonada təqdim olunan "Digər dünya" (The Other World) adlı sərgi ölkəmizin faunasının gözəlliyini kəşf etməyə dəvət edir.

Klassik heyvan portretləri şəxsi və muzey kolleksiyalarında saxlanılan Bred Uilsonun COP29-da təqdim etdiyi əsərlərin özəlliyi ondan ibarətdir ki, heyvanlar kontekstdən və diqqətdən yayındırmadan qara fonda çəkilib. Fotoqrafın bu üsulla yaratdığı portretlər tamaşaçı ilə təsvirlər arasında daxili dialoqa təkan verir, insanlara təbiətlə əbədi əlaqəni xatırladır.

Sərgisinin təşkili məqsədilə avqust ayında ölkəmizə səfər edən amerikalı fotoqraf Şamaxıda Alpaka fermasında, Safari parkda olub, həmçinin Bakıdakı Binə Atçılıq Mərkəzində Qarabağ atları ilə çoxsaylı fotoçəkiliş edib.

Layihənin COP29-dakı təqdimatında çıxış edən müəllif Bred Uilson və kurator Olqa Daniele Azərbaycan təbiəti, xalqımızın zəngin mədəniyyəti ilə yaxından tanışlığa dəstək göstərən Heydər Əliyev Mərkəzinə təşəkkürlərini bildiriblər. Fotoqraf Azərbaycanı "incəsənət, memarlıq və həyat tərzində müasir ideyaları əhatə edən, eyni zamanda keçmişini yaddan çıxarmayan və şərəfləndirən bir məkan" kimi təsvir edib.

Bred Uilson müəllifi olduğu işlərdə ətrafdakı gözəlliklə yanaşı qeyri-adi, mürəkkəb anları da lentə almağa çalışır. Təsadüfi deyil ki, onun fotoşəkilləri "Microsoft", "Apple", "Sony", CNN, "CBS News", Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF), "Greenpeace" təşkilatının məqalələrində və reklamlarında yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri