Almaniya ordusunda qadın hərbçilərin sayının artırılması planlaşdırılır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverdə qadın hərbçilərin sayının artırılması istiqamətində səyləri gücləndirəcəklərini bildirib.
APA xəbər verir ki, onun sözlərinə görə, son vaxtlar qadınların hərbi xidmətə müraciətlərində müsbət dinamika müşahidə olunsa da, mövcud göstəricilər qənaətbəxş deyil.
Bu məqsədlə Müdafiə Nazirliyi qadınların orduya cəlb edilməsi üçün xüsusi kadr bölməsi yaradıb.
Pistorius Bundesverdə cinsi toxunulmazlığa qarşı hüquq pozuntularının artmasına da toxunub. O bildirib ki, ötən il bu qəbildən olan təxminən 460 ehtimal olunan hal qeydə alınıb. Nazirlik gələn həftə bu sahədə gizli cinayətlərin səviyyəsinə dair araşdırmanın nəticələrini açıqlayacaq.
Hazırda Almaniya Silahlı Qüvvələrində təxminən 25,5 min qadın xidmət edir. Bu, hərbi qulluqçuların ümumi sayının 14 faizini təşkil edir. Ordunun mülki heyətində isə qadınların payı təxminən 40 faizdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 07 Noyabr 2026 04:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















