Prezident postunu itirdi Ev dustaqlığına alındı
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paraqvay Senatı ölkədə baş verən iri bank skandalı və maliyyə böhranı fonunda Prezident Santyaqo Penyanın impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılmasına səs verib.
“Qafqazinfo” xəbər verir ki, vəzifəsini itirən keçmiş dövlət başçısı dərhal hüquq-mühafizə orqanları tərəfindən ev dustaqlığına alınıb.
Keçmiş Prezident özəl bir bankla bağlı maraqlar toqquşmasında, maliyyə manipulyasiyalarında və pensiya fondlarının vəsaitlərindən sui-istifadə etməkdə ittiham olunur. Siyasi böhranı alovlandıran əsas amil “ueno” rəqəmsal bankının müflisləşərək çökməsi olub.
Prokurorluq Penjaya qarşı yekun ittiham aktını hazırlayana qədər o, ev dustaqlığında qalacaq.
Qərarın elan olunmasından sonra onlarla etirazçı Penyanın Asunsiondakı iqamətgahının qarşısına toplaşıb. Hadisələr zamanı insidentlərin qarşısını almaq üçün polis ərazidə təhlükəsizlik kordonu yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 07 Noyabr 2026 04:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















