COP29da Ermənistanın Azərbaycana qarşı törətdiyi ekosiddən bəhs edən yeni sənədli filmin təqdimatı keçirilib
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Pavilyonunda “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin ərsəyə gətirdiyi “Bir ovuc dünya” adlı sənədli filmin təqdimatı olub.
Ermənistanın işğalı zamanı Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosiddən bəhs edən sənədli filmin müəllifi Ayaz Mirzəyev, prodüseri isə Orxan Cabbarlıdır.
Filmin təqdimat mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin məsul şəxsləri, o cümlədən Keniyanın “SMACHS Foundation”nun qurucusu Şarlin Ruto (Charlene Ruto) da iştirak edib.
Təqdimat mərasimindən sonra filmin ictimai müzakirəsi keçirilib. İştirakçılar ingilis dilində hazırlanmış ekran işi barəsində fikirlərini səsləndiriblər.
Sənədli filmin yaxın vaxtlarda daha geniş təqdimatı keçiriləcək.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı ekoloji cinayətlərindən bəhs edən layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir(report).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 21 Noyabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















