Icma.az
close
up
RU
COP29da hökumətlərin iqlim sahəsində fəaliyyətlərinin nəticələri ilə bağlı tədbir təşkil olunub

COP29da hökumətlərin iqlim sahəsində fəaliyyətlərinin nəticələri ilə bağlı tədbir təşkil olunub

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-nin təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbir keçirilib.

Tədbirdə Braziliya, Finlandiya, Kanada və sair ölkələrin Ali Audit Orqanlarının (AAO) və Avropa Auditorlar Məhkəməsinin nümayəndələri ilə yanaşı, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və s. qurumların təmsilçiləri, habelə dövlət orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

İlk olaraq tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma üçün fəaliyyətlərin icrası əhəmiyyətli maliyyə, o cümlədən dövlət vəsaitlərinin ayrılmasını tələb edir. Bu isə həmin vəsaitlərin məqsədyönlü istifadəsinin, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində AAO-ların iştirakını vacib edir. Sədr iqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı ortaya çıxan çağırışlara toxunub.

Eyni zamanda, V.Gülməmmədov İqlim Skaneri barədə qısa məlumat verərək, bu təşəbbüsün həm milli, həm də beynəlxalq müstəvidə müsbət nəticələr verəcəyinə inandığını bildirib və bunun üçün beynəlxalq AAO cəmiyyətinin birgə daha təsirli fəaliyyətlərinin zəruri olduğunu söyləyib.

Tədbir Avropa Auditorlar Məhkəməsinin üzvü Kalus-Heyner Lehnenin nitqi ilə davam edib.

Sonra Braziliya Federal Hesablama Məhkəməsinin nümayəndəsi Hüqo Çudison İqlim Skaneri alətinin ilkin qlobal nəticələrini açıqlayıb. O bildirib ki, milli hökumətlərin iqlim ilə bağlı gördüyü tədbirləri qiymətləndirmək üçün 240 yoxlayıcı üçün bu sahədə təlimlər keçirilib. Qeyd olunub ki, indiyə qədər öz hökumətlərinin kənar auditoru qismində fəaliyyət göstərən 141 AAO İqlim Skaneri təşəbbüsünə cəlb edilib və 61-i qiymətləndirməni hazırkı tarixə yekunlaşdırıb.

Daha sonra Mozambik AAO-nun nümayəndəsi tərəfindən İqlim Skaneri qiymətləndirilməsinin real təcrübəsi (Mozambik AAO-nun fəaliyyəti timsalında) təqdim edilib.

Tədbir Kanada, Hindistan, Maldiv AAO-nun və Avropa Auditorlar Məhkəməsinin nümayəndələrinin iştirakı ilə keçirilən panel müzakirələrlə davam edib. Panel müzakirələrdə AAO-ların təcrübələri və qiymətləndirmə alətindən öyrəndikləri dərslər, eləcə də milli səviyyədə effektiv iqlim idarəçiliyinin və hesabatlılığın təkmilləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.

Tədbir INTOSAI-nin İnkişaf Təşəbbüsü, BMT İnkişaf Proqramının təmsilçilərinin yekun qeydləri və INTOSAI-yə sədrlik edən Braziliya Federal Hesablama Məhkəməsinin vitse-prezidenti Vital do Reqonun yekun nitqi ilə tamamlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see240

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see205

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see177

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see147

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see135

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see129

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see127

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see127

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see127

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see126

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri