Icma.az
close
up
RU
COP29da hökumətlərin iqlim sahəsində fəaliyyətlərinin nəticələri ilə bağlı tədbir təşkil olunub AZƏRTAC

COP29da hökumətlərin iqlim sahəsində fəaliyyətlərinin nəticələri ilə bağlı tədbir təşkil olunub AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-nin təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Braziliya, Finlandiya, Kanada və sair ölkələrin Ali Audit Orqanlarının (AAO) və Avropa Auditorlar Məhkəməsinin nümayəndələri ilə yanaşı, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və s. qurumların təmsilçiləri, habelə dövlət orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

İlk olaraq tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma üçün fəaliyyətlərin icrası əhəmiyyətli maliyyə, o cümlədən dövlət vəsaitlərinin ayrılmasını tələb edir. Bu isə həmin vəsaitlərin məqsədyönlü istifadəsinin, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində AAO-ların iştirakını vacib edir. Sədr iqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı ortaya çıxan çağırışlara toxunub.

Eyni zamanda, V.Gülməmmədov İqlim Skaneri barədə qısa məlumat verərək, bu təşəbbüsün həm milli, həm də beynəlxalq müstəvidə müsbət nəticələr verəcəyinə inandığını bildirib və bunun üçün beynəlxalq AAO cəmiyyətinin birgə daha təsirli fəaliyyətlərinin zəruri olduğunu söyləyib.

Tədbir Avropa Auditorlar Məhkəməsinin üzvü Kalus-Heyner Lehnenin nitqi ilə davam edib.

Sonra Braziliya Federal Hesablama Məhkəməsinin nümayəndəsi Hüqo Çudison İqlim Skaneri alətinin ilkin qlobal nəticələrini açıqlayıb. O bildirib ki, milli hökumətlərin iqlim ilə bağlı gördüyü tədbirləri qiymətləndirmək üçün 240 yoxlayıcı üçün bu sahədə təlimlər keçirilib. Qeyd olunub ki, indiyə qədər öz hökumətlərinin kənar auditoru qismində fəaliyyət göstərən 141 AAO İqlim Skaneri təşəbbüsünə cəlb edilib və 61-i qiymətləndirməni hazırkı tarixə yekunlaşdırıb.

Daha sonra Mozambik AAO-nun nümayəndəsi tərəfindən İqlim Skaneri qiymətləndirilməsinin real təcrübəsi (Mozambik AAO-nun fəaliyyəti timsalında) təqdim edilib.

Tədbir Kanada, Hindistan, Maldiv AAO-nun və Avropa Auditorlar Məhkəməsinin nümayəndələrinin iştirakı ilə keçirilən panel müzakirələrlə davam edib. Panel müzakirələrdə AAO-ların təcrübələri və qiymətləndirmə alətindən öyrəndikləri dərslər, eləcə də milli səviyyədə effektiv iqlim idarəçiliyinin və hesabatlılığın təkmilləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib.

Tədbir INTOSAI-nin İnkişaf Təşəbbüsü, BMT İnkişaf Proqramının təmsilçilərinin yekun qeydləri və INTOSAI-yə sədrlik edən Braziliya Federal Hesablama Məhkəməsinin vitse-prezidenti Vital do Reqonun qapanış nitqi ilə tamamlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri