Icma.az
close
up
RU
COP29da İkiillik Şəffaflıq Hesabatlarına həsr olunmuş müzakirələr keçirilib AZƏRTAC

COP29da İkiillik Şəffaflıq Hesabatlarına həsr olunmuş müzakirələr keçirilib AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 noyabr, AZƏRTAC

Bakıda COP29 çərçivəsində “Azərbaycanın Milli MRV (Ölçmə, Hesabatvermə və Yoxlama) Sistemi: İXQ verilənləri əsasında iqlim fəaliyyəti üçün əsas məlumatlar, Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinə (ETF) keçid və korporativ bilik mübadiləsi” mövzusunda müzakirələr keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib ki, COP29 Sədrliyinin konsepsiyası bir-birini dəstəkləyən ambisiyanın artırılması və fəaliyyətə təkan verilməsi olan iki əsas istiqamətə əsaslanır. O qeyd edib ki, İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması sədrliyin prioritet istiqamətlərindən biridir. Nazir müavini əlavə edib ki, dekabr ayı BTR-ların təqdim edilməsi üçün son tarixdir. Elnur Soltanov Azərbaycanın bu hesabatların təqdimatı ilə bağlı çox işlər gördüyünü və Bakı Şəffaflıq Platformunu yaratdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın BTR-ı artıq hazırdır və son dəyişikliklər edilir.

Sonra çıxış edən Türkiyənın Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank şəffaflıq hesabatı ilə bağlı Azərbaycan Sədrliyinin apardığı liderlik fəaliyyətinə görə təşəkkür edib. Onun sözlərinə görə, BTR Paris Sazişinin təməl hədəflərindən biridir və bütün addımlar şəffaf şəkildə hesabata salına bilirsə, ölçülə bilinəndir. O, Türkiyənin bu istiqamətdə fəaliyyətləri barədə də məlumat verib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Şəffaflıq bölməsinin direktoru Donald Kuper Azərbaycanın inkişaf etməkdə olan ölkələrin öz milli fəaliyyətlərini hesabatlandırmasını asanlaşdıran sistemi dünyaya necə təqdim edəcəyini səbirsizliklə gözlədiyini bildirib.

Onun sözlərinə görə, COP29-un şəffaflıq üzrə komandası çox yaxşı işləyir.

Daha sonra çıxış edən BMT-nin digət struktur nümayəndələri şəffaflıq hesabatında diqqətə alınmalı məqamlar, Azərbaycanın COP29 Sədrliyi çərçivəsində hesabatların vaxtında təqdim olunması istiqamətinfə gördüyü işlər barədə danışıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri