Məktəb və bağçalarda bundan istifadə məcburi ola bilər
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Azərbaycanda dövlət məktəblərində və bağçalarında alternativ enerjidən istifadə məcburi olmalıdır.
Axar.az Report-a istinadla xəbər verir ki, bunu deputat Sadiq Qurbanov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Dövlət büdcəsi vəsaitlərindən səmərəli istifadə və nəzərdə tutulan tədbirlərin nəticələrinin yüksəldilməsi məqsədilə təklif edirəm ki, dövlət büdcəsi ilə tikilən məktəb, bağça və sair tikililərdə enerji səmərəliliyi və bərpa olunan enerjinin istifadəsi mühüm və əsas şərt kimi ortaya qoyulsun. Bundan başqa, ətraf mühitin mühafizəsinə ayrılan vəsaitin, xüsusilə çirkab sularının yığılması və təmizlənməsinə nəzərdə tutulan məbləğin istifadəsində tənzimlənən suyun həcminin, xidmət əhatəsinin və ekoloji nəticələrin əsas qiymətləndirmə meyarı kimi götürülməsini xahiş edərdim. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan quruculuq layihələri üzrə ayrılan vəsaitin icrasına ekoloji səmərəlilik göstəricilərinin daxil edilməsini, xüsusilə su və enerji sərfiyyatının, tullantıların idarə olunmasının nəticələrinin qiymətləndirilməsini təklif edərdim", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 16 Noyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















