Icma.az
close
up
RU
COP29da iştirak edən maliyyə qurumlarının rəhbərləri ilə görüşlər keçirilib AZƏRTAC

COP29da iştirak edən maliyyə qurumlarının rəhbərləri ilə görüşlər keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 noyabr, AZƏRTAC

Maliyyə naziri Samir Şərifov COP29-da iştirak edən bir sıra ölkələrin maliyyə nazirliklərinin və beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirib ki, görüşlərdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti, qonaqpərvərliyi və peşəkarlığı qeyd olunub, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə əminlik ifadə olunub.

Sloveniyanın maliyyə naziri Klemen Boştjançiç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə nazirinin müavini Lord Livermor və Misirin planlama, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Rania Əl-Məşət ilə keçirilən görüşlərdə iqlim büdcəsinin tərtibi, iqlim hədəflərinə çatmaq üçün maliyyələşmə istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzində olub, qeyd olunan sahələrdə qarşılıqlı təcrübə mübadilələrinin önəmi vurğulanıb.

Nazir Samir Şərifovun Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Beynəlxalaq İnkişaf Fondunun prezidenti Abdülhəmid Əlxəlifə və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının rəhbəri Hayaşi Nobumitsu ilə keçirilən görüşlərində isə Azərbaycanda həyata keçirilən layihələrdə, o cümlədən nəqliyyat, dəmiryol, enerji, irriqasiya, Bakı şəhərində metro şəbəkəsinin inkişafı və digər layihələrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see352

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see252

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see215

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see189

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see179

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see153

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see144

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see140

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see140

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see134

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see121

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see119

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see117

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri