Icma.az
close
up
RU
COP29da iştirak edəcək yerli media qurumlarının NƏZƏRİNƏ!

COP29da iştirak edəcək yerli media qurumlarının NƏZƏRİNƏ!

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək bir sıra yerli media qurumlarının COP29 Radiospektrin idarəedilməsi elektron portalı üzərindən qeydiyyatdan keçirdikləri radiotezliklərlə çalışan avadanlıqların test olunması və etiketlərin vurulması prosesinə start verilib.

"Unikal" xəbər verir ki, bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) inzibati binasında xüsusi qərargah yaradılıb.

Qərargahda İKTA-nın, Dövlət Radiotezliklər İdarəsinin (DRİ) və COP29 Azərbaycan Əməliyyat Şirkətinin əlaqəli mütəxəssisləri və əməkdaşlarının iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən yerli televiziya və radio şirkətlərinin, media agentliklərinin, eyni zamanda ölkəmizdə akkreditasiyadan keçmiş xarici media qurumlarının radiotezliklərlə çalışan avadanlıqlarının test edilməsi və etiketlənməsi həyata keçirilməyə başlanılıb.

Bu günədək 30-a yaxın media qurumunun 100-dən artıq radioelektron vasitəsinin etiketlənməsi həyata keçirilib.

Prosesin növbəti mərhələsi konfrans məkanı Bakı Stadionunda icra ediləcək. Belə ki, COP29-a qoşulacaq media nümayəndələrinin bu vaxta qədər qeydiyyatı təsdiq edilməyən radioelektron vasitələrinin etiketlənməsi davam etdiriləcək.

Qeyd edək ki, COP29 Radiospektrin idarəedilməsi elektron portalı media nümayəndələri tərəfindən COP29-da istifadə ediləcək radioelektron vasitələrin qeydiyyatdan keçirilərək, təyin edilmiş tezlik nominallarının həmin radioelektron vasitələrinə köklənməsi tələb olunur. Xatırladaq ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən konfrans tələblərinə uyğunlaşdırılmaqla istifadəyə verilən COP29 Radiospektrin idarəedilməsi elektron portalı üzərindən bu günə qədər ümumi olaraq 1000-dən artıq avadanlığın qeydiyyatı üçün 350-yə yaxın müraciət daxil olub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri