Icma.az
close
up
RU
COP29da iştirak edən qadın siyasətçilər kimlərdir? ARAŞDIRMA

COP29da iştirak edən qadın siyasətçilər kimlərdir? ARAŞDIRMA

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət başçısı İlham Əliyevin “Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” çağırışı hazırda planetimizə səs salan, Azərbaycanın gündən-günə yüksələn beynəlxalq nüfuzunun göstəricisi olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mahiyyətini, ölkəmizə qazandırdığı növbəti dividendləri özündə ehtiva edir. Bu gün ölkəmiz qalib, bütövləşən, yeni dövrün reallıqlarını yaşayan Azərbaycan olaraq COP29 kimi son dərəcə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir.


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfransda çıxışı zamanı bildirib ki, COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir.

Tribunainfo.az COP29 zamanı Azərbaycna gələn qadın siyasətçiləri təqdim edir.

COP29 səfər çərçivəsində ölkəmizə gələn Türkiyənin vitse-prezidenti Əminə Ərdoğan Azərbaycanın uzaqgörən rəhbərliyini görməkdən xoşbəxt olduğunu bildirib.

Əminə Ərdoğan 1955-ci ildə Üsküdarda anadan olub. Təhsilinə Zeynep Kamil İbtidai məktəbində başlamış daha sonra Mithatpaşa Axşam İncəsənət Məktəbində davam etmiş, lakin oranı bitirməmişdir. Vitse-prezident Ərdoğan gənclik illərində qeyri-hökumət təşkilatlarında fəal iştirak edib. O, həm də “İdealist Qadınlar Birliyi”nin qurucu üzvlərindən olub.

Əminə Ərdoğan “İdealist Qadınlar Birliyi”nə qatılıb. Rəcəb Tayyib Ərdoğanla burada bir konfrans zamanı tanış olub və 4 iyul 1978-ci ildə evləniblər. Cütlüyün Əhməd Burak, Necmettin Bilal, Esra və Sümeyye adlı 4 övladı var.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələn İran İslam Respublikasının vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsari prezident Pezeşkiyanın kabinetinin üç üzvündən biridir və siyasətçi olmaqla yanaşı ekoloqdur.

O, 1972-ci ildə Tehranda anadan olub. Eyni zamanda İslam Azad Universitetində ətraf mühitin idarə edilməsi üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir.

Vitse-prezident həmçinin Tehran Bələdiyyəsinin Hava Keyfiyyətinə Nəzarət Mərkəzində məsləhətçi
Tehran Bələdiyyəsinin Ətraf Mühit və Davamlı İnkişaf İdarəsinin rəisi
İranın Ətraf Mühit Departamentinin Ətraf Mühitin Çirklənməsinin Kompleks Monitorinqi Bürosunun Baş Direktoru
Əlborz Əyalətinin Ətraf Mühit Müdirliyinin texniki işlər üzrə müavini
Tehran Əyalətinin Ətraf Mühit Müdirliyinin texniki işlər üzrə müavini vəzifələrinə sahibdir.

COP29 zamanı ölkəmizdə səfərdə olan İtaliyanın baş naziri Ciorcia Meloni 1977-ci ildə Romada anadan olan,siyasətçi
22 oktyabr 2022-ci ildən İtaliyanın baş naziri vəzifəsini icra edən italyan siyasətçi və bu vəzifədə olmuş ilk qadındır. 2006-cı ildən Deputatlar Palatasının üzvü, 2014-cü ildən İtaliyanın Qardaşları (Fdl) siyasi partiyasının başçısı və 2020-ci ildən Avropa Mühafizəkarlar və İslahatçılar Pariyasının prezidentidir.

Moldova Respublikasının Prezidenti Maya Sandu 1972-ci ildə Moldovanın Faleşt rayonunda anadan olub.
Rumın, rus, ingilis və ispan dillərini bilən Maya Sandu, ailəli deyil. O, 1995–1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçiliyi Universitetində beynəlxalq əlqaqələr üzrə təhsil alıb. 2010-cu ildə isə o, Con Kennedi adına Dövlət İdarəçiliyi Harvard İnstitutunu bitirib. Hazırda Kişinyovda 74 m² sahəsi olan iki otaqlı mənzildə yaşayır.

1 iyul 1994-cü ildən Sandu Moldova Respublikası İqtisadiyyat Nazirliyinin Xarici İqtisadi Əlaqələr Departamentinin Avropa İttifaqı və Qara dəniz ölkələri ilə əməkdaşlıq şöbəsinin baş mütəxəssisi, 1996-cı ilin iyununda isə o, Beynəlxalq İqtisadi Təşkilatlarla Əməkdaşlıq Baş İdarəsində məsləhətçi olub.

1997-1998-ci illərdə Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq üzrə baş idarənin müavini vəzifəsini icra edib.

1998-1999-cu illərdə o, məsləhətçi, 1999-2005-ci illərdə isə Dünya Bankının Kişinyovdakı ofisində iqtisadçı olub.

2005-2006-cı illərdə Moldova Respublikasının İqtisadiyyat Nazirliyində Makroiqtisadi Siyasət və İnkişaf Proqramları Baş İdarəsinin direktoru vəzifəsində çalışıb, 2007-ci ilin mart-sentyabr aylarında BMT-nin İnkişaf Proqramı çərçivəsində proqram əlaqələndiricisi olub. Moldova Respublikasında, 2007-2009-cu illərdə isə mərkəzi dövlət idarəçiliyində islahatlar üzrə məsləhətçi vəzifəsində çalışıb.
24 iyul 2012-ci ildə Sandu Moldova Respublikasının Təhsil Naziri təyin edildi. Nazir kimi o, bir sıra islahatlara başladı, xüsusən də milli imtahanların keçirilməsi qaydaları dəyişdirildi. İmtahan prosesinə nəzarət sistemi gücləndirilmişdir.
Chiril Qaburici hökumətinin istefasından sonra Moldova Liberal Demokrat Partiyası Sandu baş nazirliyə namizəd kimi irəli sürüb.


COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova 1953-cü ildə Makedoniyanın Ohrid şəhərində anadan olub.
O, siyasətçi olmaqla yanaşı hüquqşünas və professordur. 12 may 2024-cü ildən Şimali Makedoniya Respublikasının Prezidentidir.
1989-cu ildən Skopye Universitetinin Hüquq fakültəsində “Siyasi sistemlər” fənni üzrə assistent və müəllim vəzifəsində çalışmışdır. 1994-cü ildə konstitusiya hüququ və siyasi sistemlər kafedrasının dosenti, 2004-cü ildə isə professor vəzifələrinə təyin edilmişdir. 1990-1992-ci illərdə Makedoniya Respublikası Assambleyasının Konstitusiya Komissiyasının üzvü, 1992-1994-cü illərdə Branko Zrvenkovskinin ilk hökumətində portfelsiz nazir olub. BMT-nin seçkilər üzrə eksperti, Avropa Şurası yanında yerli özünüidarəetmə üzrə müstəqil ekspertlər qrupunun sədr müavinidir. 2008-2016-cı illərdə Venesiya Komissiyasının üzvü, konstitusiya hüququ və siyasi sistemlərə dair bir çox elmi əsərlərin müəllifidir.

2017-2018-ci illərdə o, ictimai xadim kimi respublikada alban dilinin tətbiqinin genişləndirilməsi haqqında qanuna və Prespa sazişinə qarşı çıxış edib.
16 fevral 2019-cu ildə o, VMRO-DMPNE partiyası tərəfindən Şimali Makedoniya prezidentliyinə namizəd kimi irəli sürülüb. Namizədliyi irəli sürdükdən sonra o, söz verib ki, qalib gəlsə, ikinci referendum keçirəcək və ölkəni köhnə adına qaytaracaq. O, Stevo Pendarovski ilə məğlub oldu.

Gordana 2024-cü il seçkilərində yenidən prezidentliyə namizəd oldu. Bu dəfə o, keçmiş prezident Pendarovskini böyük fərqlə məğlub edib və Şimali Makedoniyanın ilk qadın prezidenti seçilib.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Noyabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri