Icma.az
close
up
RU
COP29da “Mobil şəbəkələrdə “xalis sıfır” transformasiyası” mövzusunda sessiya keçirilib AZƏRTAC

COP29da “Mobil şəbəkələrdə “xalis sıfır” transformasiyası” mövzusunda sessiya keçirilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "GSMA"nın təşkilatçılığı ilə COP29 çərçivəsində "Mobil şəbəkələrdə "xalis sıfır" transformasiyası" mövzusunda sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin aparat rəhbəri Bəxtiyar Məmmədov çıxış edərək iqlim dəyişikliyinin bəşəriyyətin ən böyük çağırışlarından biri olduğunu bildirib. Xüsusilə, Paris İqlim Sazişində qeyd olunan 1.5 dərəcə Selsi hədəfi mühüm əhəmiyyət kəsb edir. Bu hədəf qlobal temperatur artımını sənayedən əvvəlki səviyyələrlə müqayisədə 1.5 dərəcə Selsi ilə məhdudlaşdırmağı nəzərdə tutur. "Biz 1.5 dərəcəni hədəfləmişik. Bu məsələdə, təbii ki, rəqəmsal texnologiyalardan istifadə edə bilərik. Rəqəmsal platforma transnəqliyyatın inkişafına da təsir edən amildir. Bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı Fərmanla yeni publik hüquqi şəxs – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) yaradıldı. Buraya müxtəlif şirkətlər və strukturlar daxildir", - deyə aparat rəhbəri əlavə edib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndəsi Asim Namazov qeyd edib ki, biz yeni layihələrin axtarışındayıq və əsas hədəfimiz enerjidən daha effektiv və qənaətli şəkildə istifadə etməkdir.

“Azercell” şirkətinin nümayəndəsi Okan Cimen deyib: "Biz daha yaşıl dünyaya keçmək istəyirik. Davamlılıq da bizim üçün önəmlidir və bu hədəflərə nail olmaq üçün partnyorlarla birgə işləyirik. Dünyada bir çox şəbəkə təqdim edirik, davamlılıq ən önəmli strategiyalardan biridir", - deyə o əlavə edib.

"Nokia" şirkətinin nümayəndəsi Anthony Darcy çıxışında bildirib ki, təmsil etdiyi şirkət “net 0” hədəfini götürüb və 2040-cı ildə bu hədəfə nail olmağı düşünür.

Sonda natiqlər iştirakçıların suallarını cavablandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see259

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see250

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see163

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see161

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see154

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see133

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see132

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see131

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see130

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see130

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see127

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri