Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

“Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda yüksək səviyyəli sessiya keçirilib

“Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda yüksək səviyyəli sessiya keçirilib

Icma.az, Operativmedia saytına istinadən bildirir.

COP29 çərçivəsində “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiyada iqlim məsələlərinə beynəlxalq maliyyə resurslarının cəlb olunması və davamlı inkişaf üçün tərəfdaşlıqların genişləndirilməsi müzakirə edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Dünya İqtisadi Forumunun təşkilatçılığı ilə “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiya keçirilib.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov iqlim dəyişikliyinə qarşı birgə mübarizə səylərini ehtiva edən prinsiplər, bu sahədə yürüdülən qlobal siyasət və özəl sektorun töhfələri barədə  fikirlərini bildirib. Qeyd olunub ki, bu məsələdə müsbət dəyişikliklərin təmin olunması üçün inklüziv tədbirlərin davamlılığı və dayanıqlı inkişafa nail olmaq önəmlidir. Qlobal müstəvidə iqlim məsələləri kontekstində bütün xalqları ehtiva edən ədalətli yanaşma da mühüm məsələdir. Azərbaycanın davamlı artım və yaşıl iqtisadiyyat sahəsində hədəfləri və görülən işlər barədə məlumat verilib. Ölkəmizdə yaşıl enerji məqsədlərinə çatmaq üçün qabaqcıl texnologiyaların və innovativ həllərin hazırlanması yönündə məqsədyönlü tədbirlərə diqqət çəkilib, bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala isə qlobal ticarət siyasətlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması və bu kontekstdə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinin vacibliyi barədə fikirlərini bildirib.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov qlobal iqlim dəiyşikliklərinə qarşı beynəlxalq əməkdaşlıq, region ölkələrinin bu yöndə təşəbbüsləri, bərpa olunan enerji sahəsində birgə layihələrin reallaşdırılmasının önəmi barədə fikirlərini bildirib.

Dünya İqtisadi Forumunun icraçı direktoru və sessiyanın moderatoru Cim Huay Neo sıfır karbon emissiyasına keçid prosesinin iqtisadi artım və iş yerlərinin yaradılması üçün böyük imkanlar yaratdığını, həmçinin faydaların və xərclərin ədalətli şəkildə bölüşdürülməsini təmin etmək üçün birgə və hərtərəfli yanaşmanın əhəmiyyətini vurğulayıb.

“Boston Konsaltinq Qrup”un qlobal sədri və CEO İqlim Liderləri Alyansının həmsədri Riç Lesser 2019-2022-ci illər arasında ümumi emissiya səviyyəsini 10% azaltmağa, eyni zamanda ümumi gəlirlərini 18% artırmağa nail olduqlarını qeyd edib, iqlim fəaliyyətinə özəl sektorun daha çox cəlb edilməsi üçün dövlətlərlə daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirilib ki, bu sahədə aydın siyasət və güclü tərəfdaşlıq mexanizmləri müsbət dəyişikliklər üçün həlledici əhəmiyyət daşıyır.

“Fortescue” şirkətinin icraçı sədri Endryu Forrest iqlim dəyişikliyi ilə mübarizədə enerjinin yaşıl mənbələrdən əldə edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bərpa olunan enerji sektoruna sərmayələrin artırılması və texnoloji yeniliklərin təşviqi sayəsində qlobal iqlim hədəflərinə çatmaq mümkündür.

Tərəflər iqlim böhranının həlli üçün qlobal səviyyədə birgə tədbirlərin zəruriliyini vurğulayıblar. Bütün dövlət, şirkət və vətəndaş cəmiyyəti qurumları ortaq məsuliyyəti qəbul etməyə və konkret fəaliyyət planları ilə iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulmağa çağırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 13 Noyabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see381

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see206

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see188

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri