Icma.az
close
up
RU
COP29da plastik tullantılar müzakirə olundu

COP29da plastik tullantılar müzakirə olundu

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “İqlim dayanıqlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: çağırışları anlamaq və imkanları kəşf etmək” mövzusunda müzakirələr aparılıb.

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Nümayəndəliyi tərəfindən təşkil olunan tədbir plastik tullantıların idarə edilməsi və iqlim dayanıqlığı sahəsində çalışan müxtəlif ölkələrin dövlət rəsmilərini, beynəlxalq təşkilatların təmsilçilərini, yerli və beynəlxalq ekspertləri bir araya gətirib.

Toplantının məqsədi plastik tullantıların yaratdığı qlobal və regional çağırışları müzakirə etmək, ən yaxşı təcrübələri bölüşmək və mümkün həll yollarını araşdırmaqdır.

Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib ki, plastik tullantılar qlobal miqyasda ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərən ən böyük problemlərdən biridir: “Hər il dünya üzrə milyonlarla ton plastik tullantı yaranır və onların böyük bir hissəsi düzgün idarə olunmadığı üçün təbiətə atılır. Bu, ekosistemlərin pozulmasına, dəniz və qurudakı canlıların məhv olmasına, həmçinin insan sağlamlığı üçün risklərin artmasına səbəb olur. Plastik tullantıların effektiv idarə edilməsi və iqlim dayanıqlılığının təmin edilməsi üçün birgə səylərimiz zəruridir. COP29 tədbirindən sonrakı dövrdə əldə edəcəyimiz nəticələr iqlim dayanıqlılığı, o cümlədən tullantıların idarə olunması sahəsində mühüm irəliləyişlərə səbəb olacaq”.

Görüşdə plastik tullantıların iqlim dəyişikliyinə və ətraf mühitə mənfi təsirləri vurğulanıb və Azərbaycanın bu sahədə atdığı addımlar, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib.

Məruzəçilər öz ölkələrində plastik tullantıların idarə olunması sahəsində həyata keçirilən təşəbbüslər və əldə olunan nailiyyətlər haqqında danışıblar.

Tədbirdə plastik tullantıların idarə edilməsində sektorlararası əməkdaşlığın rolu, maliyyə dəstəyi mexanizmləri, korporativ sosial məsuliyyət layihələri və dövlət-özəl tərəfdaşlıqları barədə fikir mübadiləsi aparılıb.

Həmçinin İstehsalçının Genişləndirilmiş Məsuliyyəti (EPR) yanaşmasının tətbiqi, tullantıların azaldılması, təkrar emalın təşviqi və dövri iqtisadiyyat modellərinin tətbiqi kimi mövzular müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see344

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see299

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see285

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see277

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see241

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see236

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see234

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see229

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see216

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see215

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see214

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see207

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see205

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see203

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see202

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see200

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see199

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see199

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see193

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri