Icma.az
close
up
RU
COP29da vacib qərar qəbul olundu

COP29da vacib qərar qəbul olundu

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda tarixi qərar! COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.

Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunmuşdur.

COP29 Sədrliyi İtki və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atmış, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq etmişdir. Cari ilin sentyabr ayında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülmüş, Fondun icraçı direktoru vəzifəsinə İbrahima Şeyx Dionqun təyin edilmişdir.

COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanmışdır. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında "Qəyyumluq Sazişi" və "Katibliyin Ev Sahibliyi Sazişi", eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış "Ev Sahibi Ölkəyə dair Saziş"dir.

Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 731,15 milyon ABŞ dollarından artıqdır.

Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Noyabr 2024 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see263

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see221

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see178

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see158

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see147

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see147

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see140

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see136

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see130

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see130

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see127

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see125

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see125

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see124

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see123

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see122

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see122

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see121

Hava şəraiti pisləşəcək ƏHALİYƏ XƏBƏRDARLIQ

12 İyun 2025 22:47see118

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri