COP29un baş danışıqçısı fransalı nazirin Bakıya səfərini ləğv etməsinə münasibət bildirdi
Pravd.az-dan verilən məlumata əsasən, Icma.az xəbər verir COP29un baş danışıqçısı fransalı nazirin Bakıya səfərini ləğv etməsinə münasibət bildirdi.
"Azərbaycanın qapıları məhsuldar danışıqların tərəfinə çevrilmək istəyən hər kəs üçün açıqdır".
Bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev mətbuat konfransında "Agence France-Presse"nin fransalı nazirin Azərbaycana səfərini ləğv etməsi barədə sualına cavabında bildirib.
O deyib ki, ölkəmiz bu konfransda 80 nəfərdən çox dünya dövlətlərinin liderlərini qəbul edib, yüzlərlə nazir COP29-un işinə töhfə verilməsi üçün Bakıya gəlib:
"Atılan bütün addımıar danışıqlar prosesinin səmərəli keçməsinə hesablanıb. Biz məhsuldar müzakirələrdə iştirak etmək istəyən, danışıqların tərəfinə çevrilmək niyyətini elan edən hər kəsi ölkəmizdə qəbul etməyə hazırıq".
APA
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)