Icma.az
close
up
RU
COP29un geosiyasi və siyasitarixi əhəmiyyəti

COP29un geosiyasi və siyasitarixi əhəmiyyəti

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

V MƏQALƏ

COP tarixində “Azərbaycan möhürü”

İndi biz çəkinmədən COP tarixində “Azərbaycan möhürü”ndən danışa bilərik. Bu, sülh, əməkdaşlıq, həmrəylik, humanitarlıq və tərəfdaşlıqla ekoloji faktorun bir-birini tamamlaması nümunəsi kimi dünya üçün yenilikdir. Bu cür qiymətləndirmənin kökündə ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi-diplomatik kursun dayandığını vurğulamalıyıq.

Sözdə çox lider sülh, əməkdaşlıq, həmrəylik, humanitarlıq və tərəfdaşlığın uyğunlaşdırılmasından, onların bir-birini tamamlamasından danışır. Lakin real siyasətdə bunun məhz belə olduğunu nadir hallarda müşahidə edirik. Müxtəlif səbəblərdən liderlər eqoist, proteksionist və ambisiyalı addımlar atırlar. Onlar faktiki olaraq bununla, bütövlükdə, qlobal geosiyasətin “ekologiyasını” pozurlar. Üstəlik, dürüst siyasi liderlərə böhtan atmaqdan da çəkinmirlər ki, nəticədə bütövlükdə dünya üçün yeni risklər meydana çıxır. Əminik ki, iqlim dəyişmələrinin bu dərəcədə təhlükəli səviyyəyə yüksəlməsi birbaşa liderlərin siyasətdə səmimiliklə qeyri-səmimiliyi qarışdırmaları ilə bağlıdır.

Bunların fonunda keçən əsrin 90-cı illərində Heydər Əliyevin dürüstlüyü, humanitarlığı, ədalət və hüquqa üstünlük verməsi ilə müstəqil bir dövlətin başçısı olaraq beynəlxalq siyasət meydanında yenidən çıxmasına, etiraf edək ki, bir müddət şübhə ilə yanaşdılar. Lakin Azərbaycan rəhbərinin “Əsrin müqaviləsi”ni nəinki imzalaması, sonra onu davamlı və qətiyyətlə vəd etdiyi kimi həyata keçirməsi göstərdi ki, dünya siyasətində real bir tendensiya yetişməyə başlayır. İndi bu məqamı dünyanın bütün ölkələrinin liderləri açıq etiraf edirlər. O etiraflar müxtəlif formada COP29-da da özünü göstərdi.

Ulu öndərin fəaliyyətindən aydın görünürdü ki, Azərbaycan Avrasiyada sülh, əməkdaşlıq, həmrəylik, humanitarlıq və tərəfdaşlıqla “siyasi, geosiyasi, iqtisadi, energetik ekologiya”nın bir-biri ilə uzlaşdırılmasını həyata keçirən qətiyyətli dövlətdir. Məsələnin bu tərəfini XXI əsrdə Prezident İlham Əliyev liderlik fəaliyyəti ilə dünyaya sübut etdi. COP29 fəlsəfəsinin ana xəttini bu tezis təşkil edir. Onun üzərində geniş dayanaq.

COP29: sülh və əməkdaşlıq

Azərbaycan rəhbərliyinin XXI əsrin başlanğıcından fəaliyyətində sülh və əməkdaşlıq təməl prinsiplər sırasında olmuşdur. Prezident İlham Əliyev dəfələrlə müxtəlif beynəlxalq tədbirlərdə, danışıqlar masasında bəyan etmişdir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla Cənubi Qafqazdakı münaqişələri sülh yolu ilə həll etməyə üstünlük verir. Əgər 2003-cü ildən bu yana bütün danışıqlar prosesini təkrar incələsək, İlham Əliyevin bu xətdən zərrə qədər də kənara çıxmadığını və verdiyi sözlərə daim əməl etdiyini görərik. Bu xüsusiyyət lider üçün çox önəmlidir.

Sonra, İlham Əliyev münaqişələrin həlli üzrə aparılan danışıqlar prosesinə iki mühüm keyfiyyətin gətirilməsinə nümunə olmuşdur. Onlardan biri tarixi ədalətdir, digəri isə məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həllidir.

Bu prinsiplərə paralel olaraq rəsmi Bakı regional, regionlararası və qlobal miqyasda əməkdaşlıq xəttini davamlı inkişaf etdirmişdir. Keçən əsrin enerji layihələrindən başlayaraq, yeni enerji layihələrini irəli sürmüşdür, qeyri-neft sektoru üzrə əməkdaşlığın təşəbbüskarı olmuşdur, bir sıra ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarını hazırlamışdır, ekoloji cəhətdən təmiz olan bərpaolunan və “yaşıl enerji” üzrə əməkdaşlığın regionda əsas təşəbbüskarı olmuşdur, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin dialoqu üçün güclü tədbirlər keçirmişdir, geniş bir geosiyasi məkanda haqq, ədalət və hüququn təmin edilməsi üçün müxtəlif regional və beynəlxalq təşkilatlar çərçivəsində son dərəcə fəallıq göstərmişdir.

Bütün bunlara mütləq surətdə II Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra yaranmış postmüharibə mərhələsində rəsmi Bakının həyata keçirdiyi sülh və əməkdaşlıq siyasətini əlavə etmək gərəkdir. Bunu prinsipial olaraq Vətən Müharibəsində böyük qələbə əldə etmiş bir müstəqil dövlətin siyasi-diplomatik “kimliyi”nin nümayişi olaraq qəbul etmək gərəkdir.

Müxtəlif istiqamətlərdən olan güclü təsirlərə baxmayaraq, Azərbaycan rəhbərliyi sülh və əməkdaşlıq siyasətindən bir addım da kənara çıxmadı. Bununla tutduğu yolda qətiyyət və dəyanətlilik nümunəsi olduğunu bir daha göstərmiş oldu. COP29 həmin məqamı bütün məzmunu ilə təsdiq etməkdədir!

COP29: həmrəylik və humanitarlıq

Həmrəylik və humanitarlıq məsələlərini COP29 kontekstində aktuallaşdıran lider Prezident İlham Əliyevdir. Bu, dərin fəlsəfədir. Real olaraq həmrəylik və humanitarlıq daxili məntiqi bağlantısı olan faktorlardır. Çünki həqiqi humanitarlıq üçün real həmrəylik gərəkdir.

Azərbaycan rəhbərliyi həmrəyliyə daxili birliklə (multikultural xarakterli və mahiyyətli) xarici fikir birliyinin sintezi kimi yanaşmışdır. Bu məsələ reallıqda çox çətin yerinə yetirilən prosesdir. Çünki indiki mərhələdə dövlətlər daxili birlik və həmrəylik xüsusyyəti ilə beynəlxalq miqyasda həmrəyliyi uyğunlaşdıra bilmirlər. Məsələni mürəkkəbləşdirən dövlətin daxili birliyini müasir dünyanın çağırışlarına uyğun təmin etməsindən qaynaqlanır. Azərbaycan rəhbərliyi həmin məsələni azərbaycançılıqla multikulturalizmin sintezində əbədi olaraq həll etmişdir. Buna görədir ki, istər regional, istər regionlararası, istərsə də qlobal miqyaslarda Prezident İlham Əliyev həmrəyliklə humanitarlığın vəhdətini uğurla təmin edən davamlı siyasi-diplomatik kurs müəyyən edə bilmişdir.

Bu sırada iqlim dəyişikliyi ilə sülh və əməkdaşlığın bir-birinə fəlsəfi və siyasi-nəzəri səviyyədə bağlandırılması çox mühüm məqamdır. Ona görə ki, iqlim dəyişikliyi hər şeydən öncə dövlətlərin digərlərinə və təbiətə münasibətlərini müəyyən edən şüur məsələsidir. Dövlət başqa dövlətlərin maraqlarına və təbiətə necə yanaşırsa, ona uyğun olaraq iqlim dəyişikliyinə töhfəsini verir. Məhz bu məqamda həmrəyliklə humanitarlığın fəlsəfi mənası ön plana çıxır.

Praktiki fəaliyyətdə İlham Əliyev həmrəylik xəttinin humantiralıq aspekti ilə münasibətlərinin əməkdaşlıq və paylaşma ilə əlaqəsini əyani sübut etmişdir. Bu, Azərbaycan Prezidentinin BMT, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətində özünü tam göstərmişdir. Bu yerdə COVID-19 dövründə İlham Əliyevin vurğulanan aspektlərdə Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini xatırlamaq kifayətdir. Burada onu qeyd edək ki, Azərbaycan Prezidenti həmin fəaliyyəti BMT və TDT-dəki aktivliyi ilə sıx koordinasiyalı həyata keçirmişdir.

Bunlardan COP29 kontekstində tərəfdaşlığın fəlsəfi anlamına maraqlı çıxış etmək olar.

COP29: tərəfdaşlıq və regionallıq

Hazırda dövlətlər arasında strateji tərəfdaşlığın səmərəliliyi və davamlılığı məsələsi daha aktual faktora çevrilmişdir. Təcrübə göstərir ki, sənəd üzərində tərəfdaş olan ölkələr reallıqda strateji tərəfdaşlıq tələblərinə cavab verməyən münasibətlərdə olurlar. Azərbaycan isə regional və regionlararası miqyaslarda nəticəverici tərəfdaşlıq platformalarının təşəbbüskarı kimi tanınır.

Bu aspektdə Azərbaycan-Avropa İttifaqı münasibətləri ayrıca qeyd edilə bilər. Bakı Aİ-nin 10 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalamışdır. Həmin sazişlər real əməkdaşlıq layihələri ilə məzmunlaşmışdır. Aİ hazırda Azərbaycanın bir nömrəli ticari tərəfdaşıdır. Xüsusilə, enerji və ayrıca “yaşıl enerji” üzrə geniş əməkdaşlığı olan təşkilatdır. Bu tendensiyanın getdikcə daha da güclənəcəyi proqnozlaşdırılır.

Rəsmi Bakının Qoşulmama Hərəkatı təşkilatı daxilində dünyanın çox sayda dövlətləri ilə əlaqəni dinamik inkişaf etdirdiyi faktını heç kim inkar edə bilməz. Hətta, həmin təşkilatdakı dövlətlərin hüquqlarını qorumaqda Bakının fəallığı aydın görünür.

Azərbaycanın MDB və TDT daxilində tərəfdaşlığı real əməkdaşlıq müstəvisində inkişaf etdirdiyi çox maraqlı fakt kimi qəbul edilir. Hər iki təşkilatda Azərbaycan regionlararası münasibətlərə çıxışın səmərəli formulunu müəyyən etmişdir.

Bununla rəsmi Bakı BMT–Aİ–Qoşulmama Hərəkatı–TDT “zənciri”ndə regionlararası tərəfdaşlıq istiqamətində dinamizmə nail olmuşdur. Son zamanlar isə bu dinamikanı İlham Əliyev BRICS və Şanxay Əməkdaşlığı Təşkilatına doğru genişləndirməkdədir.

Azərbaycan rəhbərliyinin tərəfdaşlıq və əməkdaşlığı regionlararası miqyasa uğurla inkişaf etdirməklə faktiki olaraq sübut etmişdir ki, COP səviyyəsində tədbirlərin təşkilinə haqqı vardır. Bu mənada da COP29 fəlsəfəsinin yaradıcısı Azərbaycan Prezidentidir. Bu fəlsəfədə gələcəyə yönəlmiş ciddi proqnostik məqamlar da mövcuddur.

COP29-da Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan yeni tarixi mərhələdə qlobal miqyasda fəaliyyətini növbəti səviyyəyə yüksəldəcəkdir. Burada Bakının müxtəlif sferalarda əməkdaşlıq platformalarını inkişaf etdirmək və genişləndirmək qətiyyətini ayrıca vurğulamaq istərdik. Çünki həmin məqam özündə strateji mənası böyük olan bir trendi ehtiva edir.

Məsələ ondan ibarətdir ki, Azərbaycan üçün yeni tarixi mərhələ regionlararası miqyasdan qlobal miqyasa tərəfdaşlıq və əməkdaşlığın yeni platformalarını proyeksiya etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mənada COP29 bir başlanğıcdır. Daha güclü və geniş təsir imkanlarına malik Azərbaycan Respublikasının yeni mərhələdə tərəqqisinin başlanğıcıdır.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see131

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see125

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri