Icma.az
close
up
RU
COP29un geosiyasi və siyasitarixi əhəmiyyəti

COP29un geosiyasi və siyasitarixi əhəmiyyəti

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

III MƏQALƏ

XXI əsrin strateji sərvəti

Alimlər XXI əsrdə insan rifahını və onun tam inkişafını bəşəriyyətin əsas məqsədi hesab edirlər. Bu məqsədə elmlə çatmağın mümkünlüyü haqqında fikir geniş yayılmışdır. Ona görə də sosial dövlətlərdə insan və cəmiyyətin rifahı məsələsi strateji məqsəd kimi qarşıya qoyulur. İnsanın mənəviyyatı, intellekti, əxlaqı, mədəniyyəti, cəmiyyətdə etik tərəqqinin müxtəlif aspektləri, toplum miqyasında mənəvi-əxlaqi dəyərlərin inkişafı və s. kimi məsələlər qlobal miqyasda aktiv müzakirə mövzularıdır.

Təbii ki, bu cür geniş və dərin anlaşılan insanın inkişafı zəruri olaraq maddi istehsalı, bütövlükdə, iqtisadiyyatı elə inkişaf etdirməyi tələb edir ki, bir tərəfdən maddi bolluq yaransın, digər tərəfdən dünya ekoloji cəhətdən həmin bolluğu ziddiyyətsiz “daşıya bilsin” və cəmiyyətlər miqyasında yüksək rifah yaransın. Elmi araşdırmalara görə, bu şərtlər daxilində dünyanın harmonik, ekoloji təmiz və davamlı inkişafına nail olmaq mümkündür.

Bu cür yanaşma başqa amillərlə yanaşı, iki vacib məsələni də xeyli aktuallaşdırır– enerji daşıyıcılarının istehsalı və istifadəsinin (istehlakının) artırılması və bunun fonunda dünya ekologiyasının qorunması. Məsələnin birinci tərəfi enerji daşıyıcılarının istehsalının davamlı artırılmasını tələb edir. Bununla bağlı elmi proqnozlar belədir ki, hələ XXI yüz ildə neft və qazın istehsalına tələbat yüksək səviyyədə qalacaqdır. Bəzi proqnozlara görə, ən azı XXI əsrin 70-ci illərinə qədər olan müddətdə bu belə olacaq. Deməli, dünyanın ən inkişaf etmiş ölkələri belə uzun müddət neft və qazın ənənəvi istehsal üsulundan tam imtina edə bilməyəcəklər. Lakin bu zərurət alternativ üsullar axtarışını da çox akuallaşdırır.

Məsələ ondan ibarətdir ki, yüksək rifah getdikcə daha çox istehsal tələb edir. İstehsalın artırılması birbaşa enerji sərfiyyatına bağlıdır. Enerji sərfiyyatı hansı növ enerjiyə üstünlük verilməsi məsələsini ortaya çıxarır. Çünki əsas məqsəd dünyanın ekoloji tarazlığını saxlamaqdır ki, o pozulsa, ümumiyyətlə, bəşəriyyətin mövcud olub-olmaması dilemması yaranar.

Bununla yanaşı, enerji məsələsi daha iki mühüm amili dünyanın gündəminə gətirir: enerjinin daşınması və paylanması! Dünyanın hansı ölkəsi və regionu enerji istehsalında önə çıxıb aparıcı olmalıdır? Və bu aparıcılığı hansı meyarlarla müəyyən etmək daha doğrudur?

İkinci məsələ istehsal edilən enerji hansı marşrutlarla dünyanın digər bölgələrinə nəql olunmalıdır? Daha doğrusu, burada üstünlük hansı istiqamətlərə verilməlidir?

Bu iki məsələyə konstruktiv aspektdə cavab axtarışları avtomatik olaraq enerji faktoru ilə siyasi, geoiqtisadi, geosiyasi və təhlükəsizlik aspektlərinin qarşılıqlı əlaqəsini nəzərə almağı tələb edir. Bu isə artıq böyük siyasi-diplomatik məharət, uzaqgörənlik, şəffaf və ədalətli kurs, yüksək çalışqanlıq və bütün bunların yekunu kimi yeni liderlik tələb edir!

Ancaq problem bu məsələlərlə məhdudlaşmır. Çünki istehsal prosesinin təşkilinin və hansı enerji növünün istifadəsinə üstünlük verilməsinin bəşəriyyətə daha çox faydalı olması ciddi əhəmiyyət kəsb edir. Məsələ belədir ki, sürətlə artan enerji istehsalı Yer kürəsini ekoloji cəhətdən korlayacaqsa, onda bu proses davamlı tərəqqiyə apara bilməz. Hətta, dünyanı fəlakətə sürükləyə bilər. Artıq bu ssenari haqqında ciddi elmi araşdırmalar və proqnozlar mövcuddur. Dünya atmosferin çirklənməsi fonunda iqlim dəyişikliyinin ciddi qlobal problem olduğunu nəinki nəzəri qəbul etmişdir, həm də COP nümunəsi göstərir ki, yaranmış vəziyyətdən çıxış yollarını birgə axtarmağı zəruri hesab etmişdir.

İqlim dəyişikliyi ilə bağlı detallara varmağa ehtiyac görmürük – kifayət qədər informasiyalar geniş yayılmışdır. Bununla yanaşı, enerji istehsalı və istifadəsinin fəlsəfəsi ilə tarazlı ekoloji mühitin təmin edilməsinin fəlsəfəsi arasında sıx bağlılığı təhlil etməyə ehtiyac çoxdur. Bu, yalnız elmi məsələ deyildir. Çünki problemin geosiyasi, siyasi, geoiqtisadi və diplomatik tərəfləri daha çox əhəmiyyət kəsb edir. Bu da, təbii ki, dövlət siyasətinin mühüm istiqamətlərindən biri qismində cari və strateji siyasi kursu məharətlə dünya siyasəti ilə uyğunlaşdırmaq vəzifəsini qarşıya qoyur.

COP29-un arxa planda geosiyasi və tairixi-siyasi əhəmiyyəti kontesktində təhlil edilməsini vacib edən başlıca amillər bunlardan ibarətdir. BMT-nin İqlim Sammitinin Bakıda keçirilməsi yalnız bu günün aktual məsələləri ilə bağlı deyildir. Burada daha çox Azərbaycanın enerji sferasında, ekologiya sahəsində, mədəniyyətdə, bütövlükdə, iqtisadiyyatda əldə etdiyi nailiyyətlərin qiymətləndirilərək sonrakı “yol xəritəsini” Bakısız davam etdirmənin dünyaya faydası olmayacağı anlamının qəbul edilməsi rol oynayır. Bu anlamda dünyanın davamlı və dayanıqlı, ekoloji təmiz inkişafı (“yaşıl dünya” mənasında) yolları Azərbaycandan keçir.

Bu tezisi sübut etmək üçün Azərbaycanın hansı səbəblərdən qitələrarası enerji körpüsü ola biləcəyinin siyasi-nəzəri izahını vermək lazımdır.

Azərbaycan qitələrarası enerji körpüsü olacaq

Təbii ki, burada “körpü” sözü metaforadır və məna yükü ölkəmizin geniş geosiyasi məkanda dövlətləri birləşdirə bilmək, qarşılıqlı faydalı əməkdaşlıq müstəvisinə cəlb etmək və onu reallaşdırmaq aspektlərində böyük potensiala malik olmasından ibarətdir. Bu anlama mütləq surətdə Azərbaycanın realpolitika müstəvisində praktiki siyasi-diplomatik kursu ilə buna nail olması əlavə edilməlidir.

Azərbaycanın yeni enerji strategiyası ilə bağlı keçən əsrin 90-cı illərinin ortalarından ən yüksək səviyyələrdə danışılmağa başlanmışdır. Bu strategiyanı Azərbaycan rəhbərliyi (Ulu öndərdən başlayaraq) praktiki müstəvidə davamlı olaraq həyata keçirmişdir. Qarşıya çıxan çox sayda çətinliklərə baxmayaraq, Azərbaycan rəhbərliyi enerji strategiyasını həyata keçirməkdədir. Bu prosesin ümumi ifadəsini dolğunluqla Prezident İlham Əliyev 2022-ci ildə Çernobbioda vermişdir. Həmin il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda Azərbaycan Prezidenti enerji strategiyasının artıq üçüncü məhələsinin başladığını bəyan etmişdir. Birinci iki mərhələ dünyanın böyük enerji şirkətlərini Azərbaycanda işləməyə cəlb etməyi və konkret ixrac marşrutlarını reallaşdırmağı nəzərdə tutmuşdur. Üçüncü mərhələ isə “yaşıl enerji” və ya bərpaolunan enerji sferasında fəaliyyəti əhatə edir.

Bu, geosiyasi və siyasi baxımdan tarixi bir ümumiləşdirmə idi, çünki Azərbaycan rəhbərliyinin davamlı olaraq düşünülmüş surətdə strateji hədəfi olan enerji siyasəti müəyyən etdiyi aydınlaşdı. İlham Əliyevin bu bəyanatından sonra müxtəlif mötəbər tədbirlərdə məsələnin energetik, siyasi və geosiyasi aspektlərini izah etməsi prosesin rəsmi Bakı tərəfindən inamla davam etdirildiyini göstərirdi.

Azərbaycanın dövlət başçısı 2022-ci il noyabrın 25-də Bakıda keçirilən “Orta dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı ölkəmizin bu layihədə fəaliyyətinə geosiyasət, təhlükəsizlik və iqtisadiyyatın qarşılıqlı əlaqəsi kontekstində birləşdirici və sabit əməkdaşlıq mühiti yaraması rolunu önə çəkmişdir. İlham Əliyev demişdir ki, “Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir”. Buna görə də ölkə rəhbərliyi bu aspektə xüsusi diqqət yetirmişdir. Yəni “Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir”.

Məhz bu kimi fəaliyyət Azərbaycanı qitələrarası məkanda mühüm körpüyə çevirməkdədir. Prezident bu bağlılıqda belə demişdir: “Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması – bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir”.

2024-cü il aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumdakı nitqi zamanı Azərvbaycan Prezidenti enerji strategiyası kontekstində xüsusi qeyd etmişdir ki, “Bakı dünyanın neft sənayesinin yarandığı yerdir. Bu gün isə rəmzi məna ondan ibarətdir ki, qarşıdan gələn noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcəkdir”.

Nəhayət, 2024-cü il sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı Prezident İlham Əliyev bəyan etmişdir ki, iki aydan sonra biz ən böyük iqlim konfransına – COP29-a evsahibliyi edəcəyik... Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək.

Bu hadisənin daşıdığı məna, onun geosiyasi əhəmiyyəti və Azərbaycanın enerji strategiyası kontekstində Prezidentin aşağıdakı fikirləri maraqlıdır: “Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür”.

Yuxarıda gətirilən nümunələr inandırıcı şəkildə göstərir ki, COP29 faktiki olaraq Azərbaycanın enerji siyasətinin böyük uğurlarından biridir. Bu tədbirin təməlində illərdir davamlı olaraq reallaşan siyasət və konkret energetik layihələr dayanır. Məlumdur ki, enerji təhlükəsizliyi indi milli təhlükəsizliyin tərkib hissəsidir. Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşdır və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının ən fəal üzvüdür.

Deməli, real olaraq Azərbaycanın enerji strategiyası qitələrarası geosiyası məkana təhlükəsizliyin və əməkdaşlığın təmini baxımından təsir edir. Bu məqam COP29-un çox geniş aspektdə Bakıda keçirilməsinin əhəmiyyətini göstərməkdədir. Və həmin çərçivədə enerji sferasında Azərbaycanın körpü rolunu oynaması bir gerçəklikdir.

Əlbəttə, COP29-un daşıdığı mənalar enerji amili ilə də məhdudlaşmır. Prezident İlham Əliyev ticari və nəqliyyat sferalarında Azərbaycanın mühüm körpü rolunu oynaması məsələsini də COP29 kontekstində ayrıca vurğulamışdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see188

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see173

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see165

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see157

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see150

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see138

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see137

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see136

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see133

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see130

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see130

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see120

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see120

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see120

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see119

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see119

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri