COP29un iştirakçısı: İspaniya su ehtiyatlarının qorunmasında digər ölkələrin təcrübəsini də öyrənməlidir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 21 noyabr, AZƏRTAC
“İspaniya bərpaolunan enerji və yaşıl texnologiyalar sahəsində mühüm irəliləyişlər əldə edib. Düşünürəm ki, İspaniya bu sahədə digər ölkələr üçün nümunəvi bir modeldir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29-un ispaniyalı iştirakçısı Qabriyel Arbones Dominqo bildirib. O qeyd edib ki, xüsusilə Aralıq dənizi bölgəsi və yarımquraq ərazilərdə yerləşən digər ölkələr İspaniyanın təcrübəsindən yararlana bilər. Bu ölkələr bərpaolunan enerji mənbələrinin hansı növlərinin onların spesifik ehtiyaclarına daha uyğun olduğunu öyrənmək üçün İspaniyanın nümunəsini öyrənə bilərlər.
“Su İspaniya kənd təsərrüfatının əsas dayağıdır və müasir suvarma texnologiyaları bu sahədə davamlılığı təmin edən ən mühüm elementlərdən biridir,” - deyə o vurğulayıb.
Bununla yanaşı, Qabriyel Arbones Dominqo deyib ki, İspaniya yaxşı təcrübələr təqdim etsə də, su ehtiyatlarının qorunması və daha inkişaf etmiş kənd təsərrüfatı texnologiyalarını tətbiqi üçün digər ölkələrin təcrübəsini də öyrənməlidir.
“Biz bu sahədə daha geniş yanaşma tətbiq edərək öz potensialımızı daha da gücləndirə bilərik”, - deyə müsahibimiz fikrini tamamlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 Noyabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















