Icma.az
close
up
RU
COP29un amerikalı iştirakçısı: İnkişaf etməkdə olan ölkələrin bir çoxu iqlim dəyişikliyindən çox təsirlənir AZƏRTAC

COP29un amerikalı iştirakçısı: İnkişaf etməkdə olan ölkələrin bir çoxu iqlim dəyişikliyindən çox təsirlənir AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

“Hesab edirəm ki, bəzi problemlərin həllində kiçik addımlar ataraq böyük işlər görmək olar. Hazırda müzakirə edilən problem qlobal səviyyədə həll olunmalıdır. Biz iqlim dəyişmələri ilə mübarizəyə ayrılacaq maliyyənin davamlılıq üçün daha faydalı olan layihələrə necə sərf etmək barədə müzakirələr aparırıq”.

Bunu AZƏRTAC-a müsahibəsində COP29-da iştirak edən Amerikada yerləşən Antroposen İnstitunun Data Elmi üzrə şöbəsinin direktoru Quvido Nunez deyib.

O bildirib ki, inkişaf etməkdə olan ölkələrin bir çoxu iqlim dəyişikliyindən çox təsirlənir və onların karbon emissiyalarını azaltmağa ehtiyacı yoxdur: “Həssas insanlara kömək etmək üçün infrastrukturları daha güclü və daha möhkəm etməliyik”.

Tədbir iştirakçısı deyib ki, ölkəsinin siyasi administrasiyasında iqlim dəyişikliyinə inanmadıqlarını söyləyənlər var. O, bu fikirdə dəyişiklik etməyə çalışdıqlarını bildirib. “Bir alim kimi bu məsələ məni çox narahat edir. Onlar nüvə enerjisinə qarşı deyillər və düşünürlər ki, nüvə enerjisi bizim rifahımızı və həyat keyfiyyətimizi qurban vermədən karbon emissiyalarını azaltmağın bir yoludur. Çünki o, enerji təmin edə bilər. Həftənin yeddi günü, 24 saat günəş və külək enerjisinə ehtiyacımız var, amma eyni zamanda nüvəyə ehtiyacımız var. Gələcəyi görmək çətindir, amma düşünürəm ki, ən azı bu yolla ABŞ nüvə texnologiyasını təkmilləşdirməklə, onu ölkə daxilində və bütün dünyada yerləşdirməklə, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək”, - deyə COP29-un iştirakçısı bildirib.

Amerikalı qonaq həmçinin Azərbaycan xalqının son dərəcə mehriban və nəzakətli xalq olduğunu da diqqətə çatdırıb. Əlavə edib ki, buradakı yeməklərdən həzz alıb. “Şəhərin memarlığı həqiqətən möhtəşəmdir. Heydər Əliyev Beynəlxal Aeroportuna gələndə oranın necə gözəl olduğunu gördüm. Azərbaycana mehriban ev sahibliyinə görə çox minnətdaram”, - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri