COP29un prezidenti: Geri çəkilən buzlaqlar səbəbindən şirin su ehtiyatları sürətlə azalır
Icma.az, Operativmedia portalına istinadən məlumat verir.
Regionumuz geri çəkilən buzlaqlar səbəbindən artan risklərə məruz qalır.
"Operativ Media" xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Mərkəzi və Qərbi Asiyada Buzlaqların Əriməsinin Qarşısının Alınması üçün İqlim Dəyişikliyi və Regional Əməkdaşlıq mövzusunda keçirilən nazirlərin görüşündə deyib.
O bildirib ki, nəticədə şirin su ehtiyatları sürətlə azalır, su qıtlığına, səhralaşmaya və kənd təsərrüfatı məhsuldarlığının azalmasına səbəb olur, yaşayış və ekosistemlərə güclü təsir göstərir.
M.Babayev qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyinin təsirlərini birbaşa yaşayır, Böyük Qafqazdakı buzlaqlar əhəmiyyətli dərəcədə kiçilir:
"Azərbaycan son zamanlarda su idarəetməsini təkmilləşdirmək, resursların qiymətləndirilməsini yaxşılaşdırmaq və inteqrasiya olunmuş idarəetmə, innovativ texnologiyalar və regional əməkdaşlıq vasitəsilə iqlim risklərini həll etmək üçün Milli Su Strategiyasını qəbul edib. Cavabımız əməkdaşlıq, adaptiv və gələcəyə yönəlik olmalıdır".
Baxış sayı:111
Bu xəbər 14 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















