Niderlandda quraqlıq həyəcanı: Şirin su ehtiyatları azalır
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Niderland İnfrastruktur və Su İdarəetməsi Nazirliyi ölkədə uzun müddətdir davam edən quraqlıq səbəbindən mövcud şirin suyun saxlanması və paylanması tədbirlərinin artıq kifayət etmədiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin çərşənbə axşamı yayımladığı həftəlik Quraqlıq Monitorinqi bülletenində vəziyyət "son dərəcə müstəsna” kimi qiymətləndirilib. Almaniyadan Niderlanda daxil olan Reyn çayının Lobith bölgəsində su axınının bütün zamanların ən aşağı səviyyəsinə düşərək saniyədə 615 kubmetrə gerilədiyi bildirilib.
Fransa və Belçikadan keçərək Niderlanda daxil olan Maas çayında da su axınının aşağı olduğu qeyd edilib. Ölkənin böyük hissəsində yeraltı su səviyyələrinin aşağı və son dərəcə aşağı göstəricilər arasında dəyişdiyi bildirilib.
Bülletendə çaylarda su axınının dekabr ayına qədər aşağı səviyyədə qalacağı proqnozlaşdırılıb. Qarşıdakı həftə isti havanın davam edəcəyi, yağıntıların isə çox zəif olacağı gözlənilir.
Məlumata görə, ölkə üzrə yağıntı çatışmazlığının 2018-ci ildəki şiddətli quraqlıq dövründə olduğu kimi təxminən 300 millimetrə çatacağı gözlənilir. Bəzi bölgələrdə isə bu göstəricinin artıq 400 millimetri keçdiyi bildirilib.
Uzunmüddətli quraqlığın kənd təsərrüfatına və ekosistemlərə təsirinin getdikcə artdığı qeyd olunub. Bəzi ərazilərdə məhsullara və ətraf mühitə dəyən zərərin artdığı, həmçinin mavi-yaşıl yosunların yayılması və balıq ölümləri səbəbindən suyun keyfiyyətinin də aşağı düşdüyü bildirilib.
Gülay
Baxış sayı:139
Bu xəbər 12 Avqust 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















