Icma.az
close
up
RU
KOB ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə yə dair təqdimat keçirilib

KOB ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə yə dair təqdimat keçirilib

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"yə dair təqdimat keçirilib

Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, məqsəd COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü və KOB-ların yaşıl keçidini təşviq edən Bakı İqlim Koalisiyası barədə səfirlikləri məlumatlandırmaq və daha çox ölkənin bəyannaməyə qoşulmasını təşviq etməkdir.

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qlobal müstəvidə KOB-ların yaşıl hərəkatının yaradılması məqsədilə irəli sürülmüş "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"nin təşviqi və daha çox ölkənin bu təşəbbüsə qoşulması üçün məlumatlandırıcı tədbirlər davam etdirilir.

"Bakı KOB evi"ndə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi və KOBİA-nın təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri üçün Bakı İqlim Koalisiyasına dair təqdimat keçirilib. "KOB-lar üçün Bakı İqlim Koalisiyası: yaşıl ideyadan fəaliyyətə" mövzusuna həsr olunmuş tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun 60-a yaxın nümayəndəsi iştirak ediblər.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq səviyyədə əməkdaşlığın önəmi, 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülən təşəbbüslər və bu tədbirin tarixi nəticələri barədə fikirlərini bölüşüb. Daha çox ölkənin KOB-lara cavabdeh qurumlarının Bakı İqlim Koalisiyasını dəstəkləyəcəyinə əminliyini vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edən bəyannamə ilə bağlı əldə olunan nəticələr, eləcə də sənədin təşviqi istiqamətində KOBİA tərəfindən həyata keçirilən yerli və beynəlxalq fəaliyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, artıq sözügedən bəyannaməyə 20 beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev "KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə"nin məqsəd və hədəflərinə, bəyannamədə nəzərdə tutulan tədbirlərə dair təqdimatla çıxış edib. Qeyd olunub ki, bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün institutsional və yumşaq həllər təklif olunur. Yumşaq həllər olaraq bu sahədə KOB subyektlərinin bilik və bacarıqların artırılması məqsədilə təlim, seminar, ən yaxşı təcrübələrin mübadiləsi və s. kimi müəyyən edilib. İnstitutsional olaraq isə bəyannaməyə qoşulan ölkələrdə Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Belə ki, hər bir ölkədə yaradıla biləcək sözügedən mərkəzlərin rolu milli səviyyədə KOB-ların qarşılaşdığı problemlər barədə məlumatların toplanılması, təhlili və qlobal təcrübəni nəzərə alaraq konkret addımların müəyyən edilməsindən, o cümlədən texniki, ekspert və digər dəstəyin təmin edilməsindən ibarət olacaqdır.

Sonra xarici diplomatik korpusun əməkdaşlarının müvafiq sənədlə bağlı sualları cavablandırılıb.

Həmçinin, tədbir iştirakçıları sahibkarlara vahid məkanda "G2B" və "B2B" xidmətlərin göstərildiyi və 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən qabaqcıl innovativ təcrübə kimi qiymətləndirilmiş KOB evi modeli ilə əyani tanışlıq üçün "Bakı KOB evi" ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 İyul 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri