Icma.az
close
up
RU
Shamkir Logistics sürücüsünə verilən icazə M.İ. Southtrans a baha başa gəldi

Shamkir Logistics sürücüsünə verilən icazə M.İ. Southtrans a baha başa gəldi

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq yükdaşımalar üçün verilən icazə blankını başqa şirkətin sürücüsünə ötürən “M.İ. Southtrans” MMC-nin 3 min manat cərimələnməsi barədə qərar qüvvədə saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, şirkətin direktoru Mirzəyev İlham Yəhya oğlu cərimənin ləğv edilməsi üçün apellyasiya şikayəti versə də, məhkəmə müraciəti təmin etməyib.

İş materiallarına əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “M.İ. Southtrans” MMC-yə verilmiş Gürcüstan üzrə ikitərəfli tranzit icazə blankının başqa şirkətə məxsus yük avtomobilinin sürücüsünə ötürüldüyünü müəyyən edib.

Söhbət “Shamkir Logistics” MMC-yə məxsus “Volvo FH12” markalı avtomobilin sürücüsünə verilən icazə blankından gedir.

Şirkət apellyasiya şikayətində bildirib ki, icazə blankı sürücüyə təhvil verildikdən sonra onun başqa şəxsə ötürülməsi sürücünün öz əməli olub. Buna görə də MMC-nin həmin inzibati xətada təqsiri yoxdur. Şirkət qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini istəyib.

Apellyasiya baxışı zamanı şahid qismində dindirilən şəxs icazə blankını başqa sürücüdən aldığını və bundan istifadənin qanunsuz olduğunu bilmədiyini deyib. Lakin məhkəmə şahidin ifadəsini qeyri-müəyyən hesab edib. Həmçinin şirkət rəhbərinin və şahidin iddialarını təsdiqləyən hər hansı sübutun təqdim edilmədiyini vurğulayıb.

Məhkəmə “Avtomobil nəqliyyatı haqqında” Qanunun 50.6-cı maddəsinə istinad edərək “İcazə” blanklarının başqa şəxslərə ötürülməsinin qadağan olunduğunu qeyd edib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 324.1-1-ci maddəsinə əsasən, icazə blankının başqa şəxsə ötürülməsinə görə hüquqi şəxslər 3000 manat məbləğində cərimə edilir.

Nəticədə apellyasiya məhkəməsi “M.İ. Southtrans” MMC-nin şikayətini təmin etməyib və Suraxanı Rayon Məhkəməsinin şirkətin 3000 manat cərimələnməsi barədə qərarını dəyişdirilmədən saxlayıb. Qərar qətidir və ondan şikayət verilə bilməz.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən beynəlxalq və ölkədaxili yükdaşıma və logistika şirkəti olan “M.İ. Southtrans” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Mirzəyev İlham Yəhya oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ şossesi, ev 39, mənzil 15-dir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Noyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri