Icma.az
close
up
RU
COPdan sonra təhsildə dəyişikliklər olacaq Nazir

COPdan sonra təhsildə dəyişikliklər olacaq Nazir

Olke.az saytına istinadən Icma.az xəbər verir.

"COP29 kimi böyük, mötəbər tədbirin qısa zaman ərzində uğurla təşkili təqdirəlayiqdir".

Ölkə.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir deyib ki, COP29-la bağlı əsas mövzular, gözləntilər xüsusilə ətraf mühit və maliyyələşmə ilə bağlıdır: "COP29 çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə olunacaq. PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf mühit savadlılığının qiymətləndirilməsi müxtəlif ölkələrin bu təşəbbüsə qoşulması ilə müşayiət olunacaq. Eyni zamanda, universitetlərin dayanıqlı inkişafı ilə bağlı böyük bir tədbir bizi gözləyir. COP29-dan sonra yəqin ki, yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə işimiz daha da sürətlənəcək. Çünki PISA 2029-da ərtaf mühitlə bağlı qiymətləndirmə həyata keçirilərsə, bir çox ölkələr artıq öz işinin nəticəsini ölçəcəklər. Burada müəyyən müzakirələr var, amma hələ ki ölçülməyə əsaslanmış dəlil yoxdur. İnanırıq ki, Azərbaycanın bu təşəbbüsü dəstəklənəcək və növbəti illərdə həm Azırbaycanda, həm də digər ölkələrdə yaşıl təhsillə bağlı daha çox iş görüləcək".

Emin Əmrullayev onu da vurğulayıb ki, yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı priotitet istiqamətlərdəndir: "Yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühit çirklənmələrinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir. Düşünürəm ki, istiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların məzmununa bu yaşıl komponentin gətirilməsi olmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see410

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see244

Messidən 1 gündə 2 rekord

23 İyun 2026 00:28see220

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see218

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see209

Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq

23 İyun 2026 00:22see202

Fransa İraq matçında fırtına xəbərdarlığı Tribunalar boşaldıldı

23 İyun 2026 02:10see191

Qaraciyər transplantasiyası keçirən Ufuk Özkanın son görüntüsü yayıldı FOTO

22 İyun 2026 23:28see191

Neft emalı zavoduna endirilən zərbədən sonra Moskvaya Pantsir raket sistemləri yerləşdirilməyə başlayıb

23 İyun 2026 07:49see181

Moskva Zelenskinin təhdidlərinə cavab hazırlayır

23 İyun 2026 00:44see181

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see178

Tiaqo Silva “Fluminense”yə qayıdıb

23 İyun 2026 02:12see176

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

23 İyun 2026 00:37see170

Tərəvəz sevənlər üçün kabaklı plov resepti

23 İyun 2026 02:02see165

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see160

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see157

Klozedən Messiyə təbrik “Tarixin ən yaxşısıdır”

23 İyun 2026 02:01see153

Əvvəl penaltini qaçırdı, sonra dubl etdi Video

23 İyun 2026 02:23see153

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see148

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri