Icma.az
close
up
RU
Copernicus xəbərdarlıq edir: Qlobal istiləşmə ilə bağlı yeni rekordlar gəlir

Copernicus xəbərdarlıq edir: Qlobal istiləşmə ilə bağlı yeni rekordlar gəlir

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qlobol istiləşmə 2025-ci ildə də özünü göstərəcək.
Bakıvaxtı.az
xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Kopernik peyk monitorinq sisteminin İqlim Dəyişiklikləri Direktoru Carlo Buontempo bildirib.

Copernicus-un məlumatlarına görə, 2024-cü il, ortalama qlobal istilik artımının ilk dəfə Paris İqlim Sazişinin 1,5 dərəcə hədəfinə çatması ilə tarixə düşüb. Buontempo, "Hazırda qarşılaşdığımız əsas təhlükə, yaşadığımız iqlimin, valideynlərimizin, nənələrimizin və babalarımızın iqlimindən tamamilə fərqli olmasıdır. Buna görə də bütün cəmiyyətlərin yeni bir iqlimə uyğunlaşması lazımdır" deyib.

O, bu dəyişikliklərin su dövranı, kənd təsərrüfatı və insan sağlamlığı daxil olmaqla bütün təbii sistemləri təsir etdiyini vurğulayıb. Avropada son 20 ildə istiliklə bağlı ölüm nisbətinin 30% artdığını qeyd edib. "Bu dəyişimin böyüklüyünü nə qədər tez anlayar və iqlimlə bağlı əlimizdəki məlumatlardan istifadə etməyə başlasaq, o qədər yaxşı hazırlıqlı olarıq", – deyə Buontempo əlavə edib.

Yeni Rekorların Görülməsi Qaçınılmazdır

2025-ci il üçün proqnozlarına gəlincə, Buontempo, 2024-cü ilin isti olmasına baxmayaraq, 2025-ci ilin daha az isti ola biləcəyini qeyd edib. Lakin, "Ortalama olaraq, önümüzdəki illərdə istilik artmağa davam edəcək. Yeni rekordlar görməyimiz qaçınılmazdır. Gələcək illərdə yeni 'ən isti aylar' və 'ən isti illər' gözlənilir", – deyə o vurğulayıb.

O, 2025-ci ilin yayında və ya qışında baş verə biləcək təbii fəlakətlər haqqında da fikir bildirib: "Sonrakı sel və ya isti hava dalğalarının nə zaman və harada olacağını dəqiq təxmin edə bilmirik, lakin müəyyən hadisələrin meydana gəlmə ehtimalının necə artacağını qiymətləndirə bilərik".

Hazırlıqlı olmalıyıq

Buontempo, "İsti hava dalğası, dünya üzərində böyük bir ərazini təsir altına alıb və bunun olacağı qaçınılmazdır. Bir növbəti isti hava dalğasının harada və nə vaxt olacağını bilmirik, amma hazırlıqlı olmalıyıq. Bəzi bölgələrə daha güclü və daha uzun sürən isti hava dalğaları təsir edəcək", – deyə bildirib. O, həmçinin, atmosferdəki su buxarının artmasının və bunun nəticəsində güclü yağışlarla əlaqəli təbii fəlakətlərin artacağı barədə xəbərdarlıq edib.

Bütün cəmiyyət üçün dəyişiklik zəruridir

İqlim dəyişiklikləri ilə mübarizə sahəsində evlərdən tutmuş, şəxsi həyatımıza qədər hər birimizin öhdəsinə düşən vəzifələr olduğunu qeyd edən Buontempo, bu dəyişikliklərin yalnız dövlətlərdən deyil, bütün cəmiyyətdən tələb olunduğunu vurğulayıb: "Bu, evlərimizin izolyasiyasından, alış-veriş vərdişlərimizə, nə vaxt istirahətə çıxacağımıza qədər geniş bir dəyişiklik tələb edir. Bütün bu addımlar cəmiyyətin hər bir üzvü tərəfindən qəbul edilməlidir".
Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Yanvar 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri