Icma.az
close
up
RU
COPun Qafqazda ilk dəfə keçirilməsi Azərbaycanın imkanlarını əks etdirir ŞƏRH AZƏRTAC

COPun Qafqazda ilk dəfə keçirilməsi Azərbaycanın imkanlarını əks etdirir ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Uzunmüddətli işğala son qoyaraq, torpaqlarımızı işğaldan azad etdikdən sonra bəzi qüvvələr tərəfindən bizə qarşı qarayaxma kampaniyası, ikiüzlü siyasət daha da artdı. Keçən ilin sentyabr ayında keçirdiyimiz antiterror əməliyyatı ilə suverenliyimizi tam təmin etdikdə erməni lobbisi və Fransa kimi qüvvələr dünyaya ölkəmizlə bağlı yalanlar “ixac” etməklə məşğul idi.

Bizə qarşı olan bütün təzyiqlərə baxmayaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının – Tərəflər Konfransının Dubayda keçirilən 28-ci Konfransında 2024-cü ildə 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə qərar qəbul edildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, belə bir tədbirin ölkəmizdə keçirilməsi barədə qərarın verilməsi bizə qarşı ermənipərəst qüvvələr tərəfindən başladılan qarayaxma kampaniyasına verilən tutarlı cavab oldu. Çünki Azərbaycan dəfələrlə beynəlxalq miqyaslı mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını göstərib. Azərbaycanın qlobal tədbirləri keçirmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması dünya ictimaiyyətinə bəllidir.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı davamlı və uğurlu siyasət, Vətən müharibəsində qazandığımız şanlı Zəfər, Avropanın enerji təhlükəsizliyi sahəsində həyata keçirilən fəaliyyət və qlobal məsələlərin həlində oynanılan rol ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlətimizin başçısının siyasi iradəsi və geniş təcrübəsi sahəsində aparılan siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artır.

Bu gün yüksək təşkilatçılıqla təmin edilmiş COP29 tədbiri ölkəmizdə uğurla keçirilir. Dünyanın 196 ölkəsindən 80 prezident, vitse-prezident, Baş nazir iştirak edib və ümumilikdə 72 min şəxsin iştirakı nəzərdə tutulub. Dünyanı iqlim sahəsində gözləyən təhlükələr və onların qarşısının alınması yolları, yaşıl enerjiyə keçid məsələləri daxil olmaqla müxtəlif panellər üzrə müzakirələr aparılır. COP29 çərçivəsində təsdiq olunmuş “Fəaliyyət Gündəliyi” əsasında dünyanın ən aktual iqlim problemlərini, eləcə də unudulmuş prioritetləri gündəmə gətirir və geniş iştirakçı auditoriyasının bir araya gəlməsinə şərait yaradır. Sözügedən gündəlik, həmçinin COP-un Qafqazda ilk dəfə keçirilməsi ilə əlaqədar Azərbaycanın imkanlarını və iqlim dəyişmələrinə qarşı mübarizəyə verdiyi unikal töhfələri də əks etdirir. Fəaliyyət Gündəliyi COP29 Sədrliyinin iqlim sahəsində bütün əsas istiqamətlər boyu irəliləmək kimi ambisiyalı səylərini təmsil edir və digərləri ilə yanaşı, enerji, maliyyə, kənd təsərrüfatı, şəhərlər, insan inkişafı, eləcə də iqlim və sülhün qarşılıqlı əlaqəsi kimi bir sıra əsas prioritetləri ehtiva edir.

Prezident İlham Əliyev liderlər sammitinin açılışındakı çıxışı ilə Azərbaycanın həqiqətlərini, beynəlxalq siyasətdəki konstruktiv mövqeyini dünyada sülhün, təhlükəsizliyin təmin olunmasındakı rolunu, Fransanın BMT Təhlükəsizlik Şurasında tutduğu statusunun əksinə olaraq cılız fəaliyyəti barədə dünya ictimaiyyətinə məlumat verdi. Bilirik ki, Fransa BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan ölkələrdən biridir. BMT 1945-ci ildə yaranıb və əsas dünyada “sülhü və təhlükəsizliyi təmin etmək” məqsədilə yaradılıb. Həmin zaman, yəni, 1945-ci ildə təhlükəsizlik dedikdə ancaq “sülh və müharibə” anlayışı nəzərdə tutulurdu. Lakin müasir dünyamızda təhlükəsizlik anlayışı genişlənərək iqtisadi, enerji, logistika, informasiya, kiber və iqlim təhlükəsizliyi kimi anlayışlar da əlavə olunub",- deyə Y.Hacızadə vurğulayıb.

Politoloq əlavə edib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın dünyada iqtisadi, enerji, logistika, iqlim dəyişikliyi sahəsindəki əhəmiyyətindən, oynadığı roldan danışmaqla yanaşı, Fransanın informasiya və iqlim təhlükəsizliyinə necə zərbə vurmasından və Azərbaycanın bu mənfi addımların qarşısını alımasından da bəhs etdi. Çıxışının əvvəlindəki “mənim onlara pis xəbərim var” istehzası elə birbaşa Fransaya və Emmanuel Makron kimlərə yönəlib.

“Azərbaycan bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin bizim 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib hissəsidir. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1,5 C hədəfinə uyğun olaraq “Milli səviyyədə müəyyən edilmiş töhfələr sənədi” hazırlayaraq, öz hədəfinə çatmağı qarşısına məqsəd qoyub. Həmçinin yaşıl enerji sahəsində böyük investisiyalar qoyularaq, infrastruktur layihələr həyata keçirilməyə başlanılıb. Bu sahədə geniş və mütərəqqi təcrübəyə malik olan şirkətlər və dövlətlərlə əməkdaşlıq edilir. Həmçinin yaşıl resurslardan əldə olunacaq enerjinin ixracı üçün bir çox ölkələrlə müqavilələr bağlanılır. İşğaldan azad olunmuş ərazilərimiz yaşıl enerji zonası elan edilib və bütün infrastruktur layihələr yaşıl enerji meyarı əsasında qurulur ki, sonra bütün ölkə ərazisinə şamil edilməsi də planlaşdırılır.

Azərbaycan COP29 tədbirini yüksək peşəkarlıqla təşkil etməklə dünyada ölkəmizin rolunu, Şərq-Qərb, Şimal-Cənub dəhlizindəki mövqeyini, enerji təhlükəsizliyi sahəsindəki imkanlarını və siyasətini, Cənubu Qafqazda və regionda sülhyaratma planlarını, iqlim dəyişmələrinə qarşı formalaşdırdığı beynəlxalq təşkilatçılığını, yaşıl enerji sahəsindəki işlərini və gələcək planlarını, bizə qarşı təhdid və şantaj dilində danışıla bilinməyəcəyini bir daha nümayiş etdirir", - deyə Y.Hacızadə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri