Icma.az
close
up
RU
Sülh sazişi Azərbaycanın sarsılmaz mövqeyini əks etdirir

Sülh sazişi Azərbaycanın sarsılmaz mövqeyini əks etdirir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması otuz ilə yaxın bir müddətdə davam edən silahlı qarşıdurmaya faktiki olaraq son qoyur.  

İkinci Qarabağ müharibəsinin böyük Zəfərlə nəticələnməsinə və Azərbaycanın qalib tərəf olmasına rəğmən, ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürmüşdür. Tarixi hadisələr əyani formada nümayiş etdirdi ki, fövqaladə əhəmiyyətli sənədin hüquqi tərtibatında dövlətimizin mövqeyi əsas götürülmüşdür.  Universal beynəlxalq qurum olan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində təsbit edilən ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, siyası müstəqilliyin tanınması və ona hörmət olunması, ikitərəfli münasibətlərdə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinmə kimi fundamental müddəalar Sülh sazişində əksini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı çıxışında qeyd etmişdir ki, bizim ardıcıl və qətiyyətli səylərimizin nəticəsində “tarixi diyarımız olan Naxçıvanla quru bağlantı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daima gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik”. Eyni zamanda, Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçməsini nəzərə alaraq, qeyd etmək lazımdır ki, bu məqam ölkəmizin önəmini əhəmiyyətli dərəcədə artırır.

Həmçinin oxuyun:

Zəngəzur kritik nöqtəyə çevrilir – Böyük güclərin rəqabəti qızışır

Azərbaycanın əsas strateji hədəflərindən olan dəhlizin yaxud “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan tranzit sahəsinin açılmasının Cənubi Qafqaz və Mərkəsi Asiya ölkələri üçün müstəsna əhəmiyyəti var. Həmçinin nəzərə alınmalıdır ki, ölkəmiz Naxçıvan Muxtar Respublikasına və Türkiyəyə birbaşa çıxış əldə edərək, bir çox xərcləri əhəmiyyətli dərəcədə azaldacaq. Türkiyə üçün də burada böyük avantajlar var, çünki qardaş ölkə Avropa ilə Asiya arasında mühüm tranzit xab statusuna malik olacaq.

Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Avqust 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri