Icma.az
close
up
RU
Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürən şəxsin məhkəməsinə şahidlər məcburi gətiriləcək FOTO

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürən şəxsin məhkəməsinə şahidlər məcburi gətiriləcək FOTO

Icma.az, Apa.az saytına istinadən bildirir.

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Daha sonra isə təqsirləndirilən şəxsin qardaşı Xəqani Tağıyev şahid qismində ifadə verərək bildirib ki, onda olan məlumata görə, Müşfiq Tağıyevin silahı olmayıb: ”Atamın adına rəsmi sənədləri olan ov tüfəngi olub evdə, atam rəhmətə gedəndən sonra 2016-cı ildə Müşfiq Daxili İşlər Nazirliyində həmin silahı öz adına keçirib. 2020-ci ildə isə silah satılıb. Cinayət yerində olan silahı isə, mən görməmişəm. Qardaşımla eyni evdə yaşasaq da, mən onun işlərinə qarışmamışam, otağına da girmirdim. Qarşı tərəflə də heç bir ədavətimiz olmayıb. Sonradan öyrəndiyim məlumata görə bu işin əsasında Anar Fərəclinin qardaşıma qarşı etdiyi əxlaqsızlıq etməsi olub. O, bu hadisə ilə qarşılaşanda azyaşlı olub. Vaxtında atama bunu desəydi, həmin vaxtı da başqa cinayət olacaqdı. Yaxşı ki, atasına deməyib bunu, yoxsa körpə bir uşağa qarşı olunmuş bu cinayət qarşılığında çox böyük bir biyabırçılıq olacaqdı. Bu hadisə baş verənə qədər bu haqda heç vaxt danışılmayıb. Hər kəsin öz intiqam hissi ayrı olur. Qardaşım bu hadisəyə görə belə intiqam alıb. Hadisə günü isə, qardaşımı 1 saat 30 dəqiqədən sonra 47-ci məhəllə ərazisində görmüşəm. Yolda onu da götürdüm, Yaşıldərə ərazisində düşdü maşından. Qonşuluqda baş verən hadisəyə görə mən də işə gec getmişdim. Qonşuluqda baş verən hadisə ilə bağlı danışdım, heç bir şübhəli reaksiyası olmadı. Önəmli bir hadis kimi baxmadılar.

Mənim qardaşım söyüşə görə adam öldürməz, onin həmişə yaşıdları arasında özünə görə hörməti olub”.

Təqsirləndirilən müşfiq Tağıyevin əmisi də şahid kimi ifadə verib: “Mənə polis idarəsindən Müşfiqin saxlanılması barədə zəng gələndə hadisədən xəbərim olub. Ondan öncə mənim heç nəydən xəbərim olmayıb. Müşfiq bi iş barədə də mənimlə heş nə paylaşmayıb”.

Daha sonra zərərşəkmiş tərəflə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.

Müşfiq Tağıyev deyib ki, silah ona atasından qalıb, hadisəni də o silahla törədib. O, bu əmələ görə peşman olmadığını deyib.

Məhhəmə şahid kimi tanınan digər 3 nəfərin məhkəməyə məcbur gətirilməsi barədə qərar qəbul edib.

Məhəm prosesi fevralın 19-da davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.

İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see290

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see122

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see119

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri