Corc Dik: Azərbaycan İsrailin Türkiyə və Suriya ilə anlaşılmazlıqlarının aradan qaldırılmasında rol oynayır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan İsrail və region ölkələri arasında anlaşılmazlıqların aradan qaldırılmasında rol oynayır.
APA xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, İsrailin Azərbaycanla əldə etdiyi qarşılıqlı etimad bir çox ölkə ilə münasibətlərində mövcud deyil.
“Məhz bu etimad Azərbaycana imkan verir ki, İsrail və başqa ölkələr arasında vasitəçilik etsin. Sirr deyil ki, Azərbaycanda İsrail və Türkiyə rəsmilərinin görüşü keçirilib. Azərbaycan İsrail və Türkiyənin anlaşılmazlıqlarını həll etməsi üçün əsas rol oynadı. Suriya ilə Bakıda keçirilən görüşlər haqqında da xəbərlər var. Məncə, bu danışıqların uğurlu alınması üçün əsas şərt onların barəsində kənarda danışılmamasıdır. Məncə, biz Azərbaycana bu vasitəçiliyə davam etməsi üçün güvənə bilərik”, – Corc Dik bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















