Icma.az
close
up
RU
Çörək hansı halda sağlamlığımız üçün təhlükəyə çevrilir Ekspertdən ÖNƏMLİ XƏBƏRDARLIQ

Çörək hansı halda sağlamlığımız üçün təhlükəyə çevrilir Ekspertdən ÖNƏMLİ XƏBƏRDARLIQ

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün "Nur" zavodu çörəyin bahalaşacağı ilə bağlı məlumat yaydı. Bildirildi ki, qiymətlə yanaşı çörəyin çəkisi də artacaq. Zavod bunun səbəb çörəyin tez quruması ilə əlaqələndirir. Bahalaşma ilə parelel bu gün süfrəmizdə yer alan zavod çörəyinin keyfiyyət məsələsi də gündəmə gəlir. Ümumiyyətlə,  bəh-bəhlə alıb, doyunca yediyimiz çörəyin tərkibi ilə maraqlanırıqmı? Çörəyə hansı qatqılar qatılır? Bu haqda mətbuatda gedən iddiaların əsası varmı? 

 Vətəndaş olaraq istehsal müəssisələrinə daxil olub baxış keçirmək imkanımız yoxdur. Buna məsul olan qurumların, xüsusən də Qida Təhlükəsizliyi Agenliyinin də belə monitorinqlər keçirməsinin şahidi olmuruq. Nəticədə hər gün yediyimiz çörəyin tərkibindən xəbərsizik. 

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Sitat.info-ya açıqlamasında bildirdi ki, bütün ərzaq mallarının, o cümlədən çörəyin təhlükəsizliyinə Qida Təhlükəsizliyi Agentliyi  nəzarət edir: "Lakin AQTA təhlükəsizliyə nəzarət edir, keyfiyyət məsələsi ümumiyyətlə qıraqda qalıb və ona keç kəs nəzarət etmir. Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə baxsaq orada söhbət ancaq təhlükəsizlikdən gedir. Lakin təhlükəsiz qida həm də keyfiyyətsiz ola bilər".

E.Hüseynovun fikrincə, çörəklərdə də bu öz əksini tapır: "Çörəklərin saxlanma müddəti orta hesabla 72 saatdır. 72 saatdan qaldıqdan sonra da yumşaq olan çörəklər, eləcə də 72 saat olmamış quruyan çörəklər də bizi narahat edir. Birinci halda əlbəttə kimyalaşma ola bilər, ikinci halda isə güman ki, çörək, un və ya avadanlıq problemlidir. Çörəyin içərisində yapışqanlıq əmələ gəlirsə, bu o deməkdir ki, artıq bakteriyalar ora çöküb. Bu yapışqanlıq da ciddi mədə-bağırsaq xəstəliklərinə gətirib çıxara bilər. Ona görə də bu iki hal narahatlıq doğurur. Başqa məsələ insanların isti çörəyə meyilli olmasıdır. Bu kökündən səhvdir. İsti çörək insan üçün zərərlidir və insanlar bunu bilməlidirlər. Buna görə də bəzən isti bişmiş çörək qablaşdırılmır çünki tərləyir və xarab olur, insanlar əlləri ilə ona toxunurlar. Bu məsələ də həll olunmalıdır. İnsanlar soyudulmuş çörəyə üstünlük verməlidirlər”.

Aytac,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://sitat.info
archiveBu xəbər 01 Fevral 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri