Icma.az
close
up
RU
Çörəyin üzərində bu məlumat niyə yoxdur? İstehlakçılar aldadılır?

Çörəyin üzərində bu məlumat niyə yoxdur? İstehlakçılar aldadılır?

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Sosial şəbəkələrdə satılan zavod çörəklərinin üzərində istehsal tarixinin göstərilməsi ilə bağlı məsələ gündəmə gəlib.

Bir vətəndaş sosial şəbəkədə paylaşım edərək zavod üsulu ilə istehsal olunan bəzi çörəklərin üzərində yalnız istifadə müddətinin qeyd edildiyini, lakin məhsulun hansı tarixdə istehsal olunduğunun göstərilmədiyini bildirib. 

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ərzaq məhsullarının üzərində istehsal və yararlılıq müddətlərinin göstərilməsi istehlakçının düzgün seçim etməsi baxımından vacibdir: 

"İstehlakçı üçün ərzaq malları ilə bağlı ən vacib informasiya malın buraxılma tarixindən sonra yararlılıq müddəti məsələsidir. Onu qeyd edim ki, Azərbaycan bu sahədə Avropadan, Amerikadan bir xeyli irəlidədir, eləcə də Yaponiyadan. Bu ölkələrdə ərzaq mallarının yalnız son yararlılıq müddəti göstərilir. Sanki o ölkələrdən ilham alan və bu səhv yolu gedən yerli istehsalçılar da var. Çörək istehsalında da bu görünür”.

 

Ekspert qeyd edib ki, bəzi zavod çörəklərinin üzərində həm istehsal, həm də yararlılıq müddəti ilə bağlı məlumatlar tam şəkildə göstərilmir: 

"Bəzi zavod çörəklərinin üzərində nə buraxılma tarixi var, nə də yararlılıq müddəti var. Yalnız zavod çörəyi qismində "Çörəkçi” zavodunun "Çörəkçi” adı altında olan çörəklərin üzərində hər iki tarix var. Ondan qalan çörəklərin demək olar ki, 90 faizində hər iki tarix yoxdur. Yalnız bağlanan yerində bir tarix, istehsal tarixi qoyulur”.

E.Hüseynovun sözlərinə görə, məhsulun üzərində istehsal və saxlanma müddətinin göstərilməsi istehlakçıya məhsul barədə daha dolğun məlumat əldə etməyə imkan verir: 

"Adını çəkdiyim "Çörəkçi” həm buraxılma tarixini yazır, həm də onun saxlanma müddətini yazır və burada istehlakçı düzgün seçim edə bilir. Qalanlarsa yalnız bir tarix, istehsal tarixi yazır. Bu cür markalanma istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun tələblərinə əməl edilməsi, eləcə də Nazirlər Kabinetinin 94 saylı qərarının tələblərinə riayət olunması vacibdir. Bütün ərzaq mallarının üzərində onun buraxılma müddəti, yararlılıq müddəti, saxlanılma temperaturu və digər məlumatlar olmalıdır. Çox təəssüf ki, yoxdur. Zavod çörəkləri bunun bariz nümunəsidir”.

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 Sentyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri