Icma.az
close
up
RU
Coşqun Abdullayev: “Qısa müddət ərzində torpaqlarımızın işğaldan azad olunması bizim hamımızı sevindirirdi” İdmanXəbər

Coşqun Abdullayev: “Qısa müddət ərzində torpaqlarımızın işğaldan azad olunması bizim hamımızı sevindirirdi” İdmanXəbər

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Kəpəz”in həkimi Coşqun Abdullayev Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin, həmçinin Aprel döyüşlərinin və antiterror əməliyyatının iştirakçısıdır. Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı müharibə dövründə yaralı hərbi qulluqçularımızın sağlamlığının keşiyində durub. Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olunub. Klubumun mətbuat xidməti müharibə veteranından müsahibə götürüb.

İdmanxeber.az həmin müsahibəni təqdim edir:

– Həkim, bu gün ölkəmizin tarixində böyük günlərdən biridir. Azərbaycan Zəfər Gününü qeyd edir. Dörd il öncə baş verənlərə qayıtmaq istərdik. Müharibə iştirakçısı, bir hərbçi həkim kimi həmin günləri necə xatırlayırsınız?

– İlk öncə bu qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. 44 günlük Vətən müharibəsi ölkəmizin tarixində ən şanlı səhifələrdən biridir. Uzun illər ərzində düşmən tapdağında qalmış torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu tərəfindən azad olundu. Qələbədə Silahlı Qüvvələrdə xidmət edən bir həkim, zabit kimi az da olsa payımız oldu. Ağrılı-acılı günlərdən keçmişik. Müharibə dövründə hospitalımızın heyəti ilə birgə ön xəttdə yaralılarımıza xidmət göstərmişik. Onların sağlamlığının keşiyində durmuşuq. Yaralıların qısa müddətdə döyüş meydanından çıxarılmasında, yenidən sağlam olaraq həyata qayıtmasında rol oynamışıq.

– Prezident İlham Əliyev həmin günlərdə televiziya vasitəsilə xalqımıza müraciət edib hansı kəndlərin, rayon mərkəzinin, şəhərin azad olunmasını bildirirdi. Biz tamaşaçılardan fərqli olaraq siz bu xəbərlərlə daha tez tanış olurdunuz. Hansı hissləri yaşayırdınız?

– Əvəzolunmaz hisslər idi. Onları sözlə ifadə etmək çox çətindi. 30 il ərzində işğalda olan hər hansı bir kəndin, şəhərin azad olunması ilə bizim də ürəyimiz qürur hissi ilə dolurdu. Qısa müddət ərzində torpaqlarımızın işğaldan azad olunması, itkilərimizin az olması, müharibənin qələbə ilə başa çatması bizim hamımızı sevindirirdi.

– Müharibə dövründə hansı epizod və ya hadisə daim gözünüz önündə canlanır?

–  Savaş müddətində Qubadlının Xanlıqlar kəndində səhra hospitalı qurulmuşdu. Orada tibb fəaliyyətinə başladığımız ilk gündən ön xəttdə olan ordu birliklərində ruh yüksəkliyi yaranmışdı. Onlar irəlilədikcə bizim də əsgərlərimizin, zabitlərimizin arxasınca getməyimiz sevincə səbəb olmuşdu. Çünki yaralıları hospitala çatdırmaq üçün məsafə azalmışdı. Bu da zaman itkisini aradan qaldırmışdı. Döyüşdə olan yaralılar qısa müddətdə hospitala çatdırılırdılar ki, orada onlara lazımi xidməti göstərə bilirdik. Bir neçə əsgərlə bağlı yaşananlar hələ də lap yaxşı xatirimdədir. Bir hərbçimiz mina partlayışı nəticəsində ayağının birini itirmişdi. Onun döyüş qabiliyyəti, ruh yüksəkliyi bizi çox təəcübləndirmişdi. Vəziyyətinə baxmayaraq ağrı hiss etmədən tezliklə döyüş bölgəsinə göndərilməsini istəyirdi. O, əsgər yoldaşlarının yanına, döyüş mövqeyinə tələsirdi. Belə hərbçilərimiz çox idi. Onların fədakarlığı bizi məətəl qoyurdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 08 Noyabr 2024 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri