Icma.az
close
up
RU
“Çovdarov həbsdən çıxdığı gecə mənə zəng etdi” 10 yaşlı saytın baş redaktoru

“Çovdarov həbsdən çıxdığı gecə mənə zəng etdi” 10 yaşlı saytın baş redaktoru

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Gününsəsi” saytının 10 yaşı tamam olur. Bu münasibətlə saytın baş redaktoru Pərviz Həşimli media qurumu ilə bağlı sualları cavablandırıb. 

“Qafqazinfo” jurnalistlə qısa müsahibəni təqdim edir:

- Pərviz bəy, 2016-cı ildə qurucusu olduğunuz “Gününsəsi” 10 yaşına çatdı. Mövcud reallıqlar çərçivəsində yola saldığınız bu illərdə saytı tanıtmaq, qorumaq çətin olmadı ki? 

- Uzun illər media sahəsindəki fəaliyyətimlə bərabər ayrıca media subyekti qurmaq, onu populyar etməyin çətin olacağına dair xüsusi bir nigaranlığım olmayıb. Çünki “Gününsəsi”nə qədər Moderator.az saytının əsasını qoymuşdum. O zaman MTN-in o dövrdəki rəhbərliyi məni həbsə atmaqla bu layihəmin böyüməsinin qarşısını aldı. Düzdür, mərhum dostum Zülfüqar bəy Moderator.az-a sahib çıxdı, çətinliklə olsa da saxlaya bildi. 

Bəlkə də ilahi ədalətin varlığına bir işarə idi ki, “Gününsəsi”nin quruculuğu prosesi və populyarlıq qazanması MTN-nin ləğv olunma, bu nazirliyin ali zabit heyətinə daxil olan şəxslərin kütləvi həbsi dövrünə təsadüf etdi. O dövrü xatırlayanlar yaxşı bilir ki, hələ bir il sonra “MTN İşi“ çərçivəsində keçiləcək məhkəmə proseslərində elan olunan sensasion cinayətlərin epizodlarını biz hələ bu işin istintaqında yazdıq. “Gününsəsi” qurulanda tanımadığım sahibkarlar, məmurlar bu qurumun vəzifəli şəxslərinin vaxtilə törətmiş olduğu cinayətlər barədə bizə “papka-papka” materiallar təqdim etdi.

O zaman MTN-in həbsdə olan ayrı-ayrı generallarının ailə üzvləri bizim ofisə gəlib, onların sifarişini mənə çatdırırdı ki, səni bizim idarə yox, Antiterror Mərkəzi həbs edib. Xahiş edirdilər ki, onlardan yazmayaq. Yaxşı xatirimdədir, Akif Çovdarov həbsdən azad olunan gecə mənə telefon açdı. Kim olduğunu soruşanda “Azərbaycanın ən qatı cinayətkarı “Qanlı general Çovdarovdur” deyərək mənə sual etdi ki, səni mənim idarəm yox, başqa idarə həbs etmişdi, axı, məndən niyə belə yazırdınız? 

Yəni deməyim odur ki, ənənəvi qəzetçilik dövrünün onlayn media ilə əvəzlənməsi prosesində “Gününsəsi”nin qısa zamanda bazara girməsinə səbəb bu hadisə oldu.

- Bəs, “Gününsəsi”nin maddi-texniki bazası hansı durumdadır? 

- Burada sirr olacaq heç nə yoxdur. Reklam yaymaq imkanlarımız olduqca məhduddur. Hazırda “Gününsəsi”nin komandası 7 nəfərdən ibarətdir. Medianın İnkişafı Agentliyinin dəstəyi ilə büdcəmizin bir qismi təmin olunur. Kiçik reklam müqavilələrimizdən gələn qazancla çətinliklə də olsa keçinirik. Mən bu işi sevirəm. Sevimli peşəmdir, ona görə də qarşımızdakı ilə qane olub, çalışırıq. Etiraf edim ki, “Gününsəsi” qurulmazdan öncə mənə müxtəlif dövlət qurumlarında iş təklif olundu, amma şüurlu şəkildə bundan imtina etdim. Çünki mən azad ruhlu insanam, məmur kimi çox az müddət çalışıb kənarlaşacaqdım. 

- Azərbaycan əleyhinə olan qüvvələr rəy yaratmağa çalışır ki, ölkədə azad media yoxdur. Biz zaman-zaman “Gününsəsi”ndə tənqidi materialların şahidi oluruq. Sizin azadlığınıza müdaxilə varmı? 

- Tam səmimi danışmaq istərdim. Yeni media qanunu qəbul olunanda mən də nigaran idim ki, yeni qanun fəaliyyətimizi əngəlləyəcək. Bu qanundan sonra Media Agentliyi başımızın üzərində “damokl qılıncı” rolunu oynayacaq. Bu gözləntimiz özünü doğrultmadı. Əksinə media mühitində təmizlənmənin şahidi oluruq. Artıq “reket mətbuat”la mübarizə dövrünü geridə qoymuşuq. İndi peşəkarlıq uğrunda rəqabət gedir. 

Bizim əsas prioritetlərimizdən biri insan hüquqlarıdır. Demokratik cəmiyyət üçün vacib olan bu məsələyə həssas yanaşırıq. Azərbaycan dövlətinin Milli Təhlükəsizlik Konsepsiyasında xarici siyasətin əsas prioriteti kimi elan etdiyi Avropa və Avroatlantik strukturlara inteqrasiya kursuna sadiqliyimizi nümayiş etdirməyə çalışırıq. Buna görə də hansısa təzyiqlərə məruz qalmırıq. Amma bəzi xəbərlər olur ki, o yuxarı dairələrdə qıcıq doğurur və müxtəlif inzibati imkanlar hesabına bizə təzyiq olunur. Bu da dediyim kimi konkret məsələlərlə bağlı olur. Bəlkə də “Gününsəsi” hansısa xarici donorların layihəsi olsaydı, münasibət də başqa cür olardı. Ölkənin gerçəkliyi var və buna uymalısan.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Aprel 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri