Icma.az
close
up
RU
COVIDlə bağlı ŞOK etiraflar: hücum hazırlandı Britaniya

COVIDlə bağlı ŞOK etiraflar: hücum hazırlandı Britaniya

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük Britaniyada keçmiş baş nazir Boris Consonun "Unleashed" xatirələr kitabında  2020-ci ildə  koronovirusa yoluxması və COVID-19 pandemiyası ilə bağlı  şokedici detallar açıqlayıb.

Ölkə.Az xəbər verir ki,  Conson öz xatirələrində koronavirus pandemiyası və ona qarşı mübarizə, eyni zamanda özünün də bu xəstəliyə yoluxmasından söz açır. Conson əvvəlcə COVID-in sadəcə "xoşagəlməz" xəstəlik olduğunu düşünüb, lakin 2020-ci ilin martında xəstələnəndə özünü çox pis hiss etdiyini qeyd edib. Virusa yoluxan Consonun vəziyyəti həddən artıq ağır olduğundan  reanimasiyaya  yerləşdirilir.  O, reanimasiyaya düşəndə düşünməkdə belə çətinlik çəkdiyini, ayaq üstə durmağın və yeriməyin çətin olduğunu görəndən sonra   COVID19-un yeni və ölümcül bir virus olduğuna inandığını qeyd edib.
Bununla belə, Böyük Britaniyanın keçmiş baş naziri koronavirusu uğursuz sınaq hesab edir.

"COVID fəlakətinin ən pis tərəfi onun tamamilə insan tərəfindən süni şəkildə törədildiyi görünür. İndi tamamilə ehtimal olunur ki, mutasiya Çin laboratoriyasında uğursuz bir təcrübənin nəticəsi olub. Bəzi elm adamları, görünür, "Makbete" filmindəki cadugərlər kimi, virusun parçalarını birləşdiriblər. Yarasanın gözü, qurbağanın ayağı... Vay! Bir sınaq borusundan sıçrayan kiçik bir virus bütün dünyada çoxalmağa başladı", - Conson qeyd edib.

Conson xatirələrində onu da qeyd edib ki, koronovirusa qarşı mübarizə məqsədilə Avropa İttifaqına üzv ölkələr üçün hazırlanan AstraZeneca vasksini az qala müharibəyə səbəb olsun. Belə ki, burada söhbət həm Böyük Britaniya, həm də Aİ üçün Leyden (Hollandiya) zavodunda istehsal olunan 5 milyon doza AstraZeneca vaksinindən gedir. 

2021-ci ilin yazında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-dən daha sürətli peyvənd dərəcəsi olan ölkələrə, həmçinin peyvəndlərini Aİ ilə bölüşməkdən imtina edən ölkələrə peyvənd ixracını kəsməklə hədələdi. Bu da Britaniyanın maraqlarına uyğun deyildi.
Vaksinlə bağlı gərginlik  o həddə çatır ki, hətta Britaniya baş nazir Consonun rəhbərliyi altında Hollandiyaya hərbi müdaxilə etmək barədə plan hazırlayır.

Conson kitabında qeyd edib ki, iki aylıq boş danışıqlardan sonra o, hərbçilərə peyvəndi zorla çıxarmaq üçün plan hazırlamağı tapşırıb. 

Onun sözlərinə görə, buna nail olmaq üçün yüksək rütbəli ordu rəsmiləri əsgərlərin gizli şəkildə La-Manş boğazı ilə keçməyi təklif ediblər, lakin sonda plandan imtina edilib. "Bu, NATO müttəfiqinin ərazisini işğal etmək dəliliyi  olardı”, - sabiq baş nazir bildirib. 

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Yanvar 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri