Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çox kiçik dünya nın incə qəlbli söz adamı Zemfira Məhərrəmli 70

Çox kiçik dünya nın incə qəlbli söz adamı Zemfira Məhərrəmli 70

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Vaqif OSMANLI

Zemfira Məhərrəmlinin yaradıcılığı üzərində düşüncələr

Yarım əsrə yaxındır ki, iki ilahi söz aşiqi həqiqi söz mülkünü bezmədən, yorulmadan, ədəbiyyata, jurnalistikaya xəyanət etmədən çiyinlərində daşımaqdadır. Hikmətli söz yüklü bir ömür karvanının iki sarvanı, aşıq Veysəlin təbirincə desək, uzun, incə, şərəfli bir yoldadır. Sarvanlar müqəddəs və sarsılmaz ittifaq yaradıb ailə adlı ocaqda birləşiblər, artıq bu yolun 70-ci dayanacağına - karvansarayına yetişiblər. Yol davam edir. Odu-közü qorunan, sönməyə imkan verilməyən müqəddəs ocaq - dövlətin Ana Yasası ailə dəyərləri, hörmət, diqqət, qarşılıqlı anlaşma əsasında yazılıb.

Onlar üçün söz sənəti, "jurnalistika təkcə peşə deyil, həyat tərzidi". Onların ilahi birliynə söz elçilik edib. Səmimi sözün ərklə qapıdan içəri girdiyi ocaqda xeyir-bərəkət olar, sülh göyərçinləri yuva qurar, barış nəğmələri oxunar, övladlar, nəvələr dünyaya gələr. Ocaq böyüyər, bütövləşər.

Ömür karvanının cəfakeş sarvanları Məhərrəmliləri - Qulu müəllimi və Zemfira xanımı mükəmməl söz sənəti ilə bərabər, mənəviyyat örnəyi və meyarı kimi də yaxşı tanıyıram. Sözü ilə özü, daxili aləmi ilə zahiri dünyası eyni mənəvi biçimdə olanları indiki boz-bulanıq cəmiyyətimizdə mənəvi inci kimi tapanda sevinirsən. İnanırsan ki, cəmiyyəti belə saf insanlar xilas edəcək.

Söz və mənəvi dünyası onları müdrik və uzaqgörən edib. Bilirdilər ki, nakam, həyat eşqli Mikayıl Müşfiq demişkən, gözəl günlər, şən günlər, yerinə düşən günlər hələ qarşıdadır. Bəli, onlar - "həyat və peşə yollarında qoşa addımlayanlar", eyni məslək, əqidə, amal yolçuları heç vaxt yorula, yanıla bilməzlər.

lll

Uğurlu söz də ana kimidir, işığa hamilədir. Ana dünyaya insan gətirir, uğulu söz də işıq. Uğurlu söz və əbədi işıq mənəvi dünyamızın iki ayrılmaz ruh əkizidir. 

"Günahların arındığı gecə" hekayəsində xalqımızın heç vaxt assimilyasiyaya uğramayacağına tam əmin olduğum əxlaq və mənəviyyat meyarlarından qeyrət və namus məziyyətləri önə çəkilir.

"Neçə il doğma kəndini görməyən" Qaraş uzunmüddətli məhbus həyatından sonra kəndə - "küskün xatirələri boylanan yurd yerinə" qayıdır. "Həsənlə dalaşdığı, onu bıçaqladığı gün" arxada qalmışdı. Ancaq milli ruhumuzun önəmli atributu olan qürur onun qəlbini tərk etməmişdi. Həsən o vaxt Qaraşın "bacımdan əl çək!" ultimatumuna məhəl qoymamışdı. Necə əl çəksin, sevirdi axı?! Özünə, Əsmərə, qarşılıqlı sevgiyə inanırdı. Sevginin önündə dayana bilən güc tanıyırsınızmı? Əsl sevgi ruha bənzəyir, hamı onun haqqında danışır, amma çox az adam görür. Qaraş da o qarşılıqlı sevgini görməyənlərdən idi. Bir etiraf da edim ki, milli ruhumuzun elə nəsnələri var ki, bəzən yaxşı şeyləri görüb uğurlamağımıza mane olur.

Milli ruhumuzun ("mentalitet" deməyə dilim dönmür) yetimə, kasıba qız verməmək kimi eybəcərliyinin daxilimizdə metastaz verib yayılmasının səbəbi maddiyyata hərislik çox gəncləri həqiqi sevgiyə həsrət qoyub. Yetim sevməməlidir? Buna "eybəcərlik"dən başqa söz tapmadım. Həsənin "anamın bircə yetimiyəm, məni öldürmə, Əsmər də razıdır" yalvarışı da Qaraşın qəlbinə mərhəmət ötürə bilmirsə, hansı mentallıqdan nümunə götürə bilərik? Nə yaxşı ki, qanına qəltan edilən Həsəni ölümdən gözəgörünməz qüvvə hifz elədi. Babalarımız düz deyiblər: "Yetimin də Allahı var". Bu da milli ruhumuzdan qaynaqlanan inamdır...

Qaraş həbsdə olarkən Əsmərin Həsənə qoşulub qaçması bu ötkəm qardaşı yandırıb-yaxır, hikkəsindən dönməsinə imkan vermirdi. "Qaçmaq" məsələsi də milli ruhumuzun sarı siminə toxunan incə məqamlardandı.

Xülasə, Qaraş həbsxanadan qayıdıb yenə qəzəblə Həsəngilə tələsir. Axşamın qaranlığında Həsən və Əsmərin birgə yandırdığı ocağın xoşbəxtlik işığı qaranlığın bağrını yaran vaxt əli bıçaqlı Qaraş pəncərinin küncündə dayanıb içəri boylanır. Həsənin dizlərini yerə qoyub evdəki məsum körpələri belində gəzdirdiyini, balacaların Həsəni "minmək" üçün hay-küy saldığını görür. O biri otaqdan Əsmərin səsini eşidəndə Qaraşı qarmaqarışıq hisslər qoynuna alır. Üzündə, gözündə xoşbəxtlik çiçək açan Əsmər körpələri qucağına alıb yatmağa aparır.

"Bacısıgil işıqları söndürdü, ətraf zil qaranlıq oldu. Kaman da nalə çəkməkdən usanmışdı, səsi gəlmirdi daha. Güclü yağış isə hələ də ara vermir, sanki hirsini-hikkəsini sonacan boşaltmaq istəyirdi. Qaraşın bədəni keyimişdi, bircə onu anlayırdı ki, kaman indi onun içində odlanıb nalə çəkir. Bir də bacısının günahsız balalarının məsum çöhrəsi gözü qarşısından çəkilmir, onların şaqraq gülüşlərini eşidirdi. Nə qədər çalışsa da, canını bu səslərdən qurtara bilmirdi. Peşmançılıq, utanc hissi onu üzürdü.

... Qaraş tiyəsində adı yazılmış zəhmli bıçağı - həbsxana yadigarını cibindən çıxarıb zərblə pəncərənin taxta çərçivəsinə sancdı və gəldiyi yolla geri qayıtdı".

Göylər də sanki xeyirxahlıq, mərhəmət yağışı ilə qəlblərdəki kinləri yumaq üçün bətnindəki suyun hamısını yerə axıdırdı.

Zemfira xanımın zəngin təxəyyülünə, təhkiyəsinə görə, "gecənin sükutunu pozan güclü yağış Qaraşın qurşaqdan yuxarı çılpaq bədəninə (O, yağışdan islanmış paltarını yolboyu çıxarıb atmışdı, yəqin ki, islanmış paltarlar onun bacısının evindən sürətlə uzaqlaşmasına mane olurdu. Həm də istəyirdi ki, leysan yağışı onun içindəki hirs-hikkəni, kini tamamilə yuyub aparsın - V.O.) çiləndikcə canında bir rahatlıq duyur, suyun aydınlığından sanki arınıb-durulurdu"...

Bəli, dünya sevənlərindir...

"Körpə qığıltısından təntənəli himn yoxdur" (V.Hüqo).

Kaş içimizdəki kini, hisi-pası, yuyan belə gürşad yağışlar tez-tez yağaydı, ürəklər arınaydı...

lll

Heç kim qollarında bir uşaq tutan ana qədər cazibədar və bir neçə uşaq arasındakı ana qədər hörmətli deyil (İ.V.Höte). Yaradan anaları başqa canlılardan, şüurlu varlıqlardan daha mükəmməl və uca xəlq edib - Zemfira xanımın qəhrəmanı Ayşə Aykut kimi. Hər qadına qismət olmayan ana titulu insanlığın zirvəsidir.

"Nöqtə boyda həyat işığı" hekayəsini yazmaq, on dörd günlük Ahu balası ilə zəlzələ dağıntıları arasında darısqal yerdə qalan Ayşə obrazını yaratmaq üçün mütləq qadın söz adamı olmaq gərək. Subyektiv düşüncəmi əsaslandırmağa çalışacağam. Təsəvvür edək ki, Ayşənin düşdüyü situasiyada Ahunun atası qalıb. Görəsən, o, necə edərdi ki, körpə sağ qalsın? Mən bu suala cavab verməkdə acizəm. Bu suala cavablandırmaq üçün mütləq cəfakeş, körpəsini özündən çox sevən qadın olmalısan. Həmin hekayəni kişi yazar qələmə alsaydı, inanıram ki, analıq hisslərini belə təbii anlada bilməzdi. Qadın həssasdır, yaradandır. "Kişi yer üzünün dahisi olsa belə, onun dahiliyinin hər damlası qadından yoğrulub" (Uolt Uitmen).

Gənc, təcrübəsiz Ayşə ən çətin məqamda belə ayıq düşünməyə qadirdir. Ahusunu yaşatmaq üçün südünün son damlasını verəndən sonra özünü ələ alır, tüpürcəyi ilə körpəsini yedizdirməyə başlayır. Bu, analıq instiktidirmi, duyğusumu, mərhəmətimi, cəfakeşliyimi, çətin vəziyyətdən ayıq başla fikirləşib xilas olmaq bacarığımı? Nə ad qoyursunuz qoyun, analar insanlığın seçilmişləridir.

"Susuzluqdan yanan qızcığaz bu "qida"dan azca duruxdu. Ağzına düşən damcıların ana südü olmadığının fərqində idi, deyəsən. Ən təhlükəlisi o idi ki, bəzən xırda daşlar aşağı yuvarlanırdı. Ayşə göz gözü görməyən zülmətdə əllərinin yüngül təması ilə körpəsini yoxlayır, onun zədələnmədiyindən arxayın olmaq istəyirdi. Cocuğu aramla yedizdirir, başına sığal çəkir, soyuqdan buz kimi olan yumru ayaqlarını ehmalca ovuşdurur, titrək əllərini ovcuna alıb dodaqlarına yaxınlaşdırır, nəfəsi ilə isidirdi".

Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsini, yəqin ki, yaşı 50-ni keçənlərin çoxu xatırlayır. Ana qışın oğlan çağında körpəsini "müharibə" adlı əzrayılın pəncəsindən xilas etmək üçün əynindəki paltarlarını çıxarıb körpəsini bükür, özü buz heykələ dönsə də, körpə sağ qalır. Çağdaş dövrümüzün gənc analarına bu hekayəni diqqətlə oxumağı məsləhət görürəm.

Ayşə isə dağıntılar arasında, tərpənmək mümkün olmayan boşluqda (sözün hər mənasında boşluqda!) canlı daş heykələ bənzəyirdi.

Zemfira xanım yazıçı təxəyyülünün incəliyi ilə anladır ki, bəzən itlərin hürüşməsi da nicat yoludu, xilaskar işıqdı. Bizə nağıllarımızda babalarımız it hürən tərəfə yox, işıq gələn tərəfə getməyi məsləhət bilsələr də. Unutmayaq ki, it hürən tərəfdə də işıq var.

Ən ekstremal şəraitdə, həyatla ölümün arasında sərhədin daraldığı anda Zemfira xanımın milli qüruru, milli təəssübkeşliyi, "iki dövlət, bir millətin"ın - Oğuz türklərinin zəkasını, qardaşlarına köməyini fəxrlə vurğulaması ədəbi sözün təntənəsidir. Ayşənin doğma ana dilimizdə xilaskarlardan eşitdiyi "Ceyhunun gətirdiyi cihaz çox işimizə yaradı. Yoxsa bu ana-balanın vəziyyəti görən necə olardı", sözlərində önə çəkilən xeyirxahlıq duyğuları ali mənəvi dəyər kimi hər bir xalq üçün örnəkdir.

"Ayşə başlarındakı qoruyucu kaskalarında və xüsusi geyimlərində məmləkətlərinin bayrağı əks olunan bu gənclərin dost Azərbaycandan gəldiklərini, bəlaya düşmüş türk qardaş və bacılarına yardım əli uzatdıqlarını anlamış, məmnunluq hissi keçirmişdi". 

Ədəbi düşüncələrim zamanı müraciət etdiyim bədii nümunələrdə həmişə işıq axtarmışam - ilahi işıq. Tapanda "Evrika!" hayqırıb sevinmişəm. Müəllifin "Nöqtə boyda həyat işığı"  kiçik hekayəsində zəlzələnin dağıntıları arasından boylanan, insan həyatını xilas edən nöqtə boyda yox, nəhəng işığı görəndə yazıçıya təşəkkür borcu kimi ən doğru yolu bu mülahizələrimi qələmə almaqda gördüm.

O işıq Ahunun, Ayşə ananın nicat yolunu aydınladan müqəddəs xilaskar kimi məni də əmin etdi ki, bəşəriyyəti, yaşadığımız, nədənsə "fani" bildiyimiz bu dünyanı, insanlığı ilahi işıq xilas edəcək. İşıq istər fiziki, istərsə də mənəvi ömrümüzün yaşam stimuludur. İşığımız sönməsin!..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri