Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

525 ci qəzet Givinin Qarabağnaməsi : Qələbə ətirli misralar Zemfira Məhərrəmli yazır

525 ci qəzet Givinin Qarabağnaməsi : Qələbə ətirli misralar Zemfira Məhərrəmli yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Zemfira MƏHƏRRƏMLİ
Yazıçı-publisist

Giya Paçxataşvili (ədəbi təxəllüsü Givi) deyəndə, ilk növbədə, Azərbaycanın gürcü oğlu, şair, tərcüməçi, publisist, çoxsaylı kitablar ərsəyə gətirən, Azərbaycan, Rusiya, Gürcüstan Yazıçılar Birliklərinin üzvü, 60-dək müəllifi rus və gürcü dillərinə tərcümə etmiş dəyərli qələm adamı göz önünə gəlir. Füsunkar təbiətli Qaxda gürcü ailəsində dünyaya göz açan, kiçik yaşlarından Azərbaycan dilini mükəmməl öyrənən, ədəbiyyatımıza, folklorumuza sevgi ilə yanaşan gənc Givinin söz, qələm adamı olacağı şəksiz idi. Jurnalistikaya həvəsi onu bu məsuliyyətli peşəyə yiyələnməyə sövq edir. Sonra Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış seçim qrupunun tərkibində Moskva Dövlət Universitetində təhsil alır. Poeziyaya gəlişi və tərcüməçilik fəaliyyəti Givinin həyatının, çoxşaxəli yaradıcılığının haqqında söz açmağa dəyən ayrı-ayrı mərhələlərdir.

Ədəbi cameənin yaxşı tanıdığı G.Paçxataşvili "Sükutun rəngləri", "Oğul ata itirdi", "Hə" dedim", "Son - əvvələ gedən yol", "Tut ağacı", "Doğum şəhadətnaməsi" və s. kitablarının müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı, habelə Şahmar Əkbərzadə adına ödülün, "Səməd Vurğun" qızıl medalının sahibidir. İngilisdilli toplularda, habelə Özbəkistanda nəşr olunmuş "Müasir Azərbaycan poeziyası antologiyası"nda şeirləri yer alıb.

Ədəbiyyatşünas alimlər, araşdırmaçı yazarlar, qələm dostları G.Paçxataşvili yaradıcılığı, onun tərcümə fəaliyyəti, dilimizi mükəmməl bilməsi ilə bağlı maraqlı fikirlər söyləyiblər. Akademik Nizami Cəfərov bu barədə yazır: "Mən şairlərimizin çox kitabını oxumuşam. Bəzilərinin bir şeirində neçə səhv tapıramsa, Givinin hər hansı bir kitabında bir səhvə belə rast gəlmirəm. Azərbaycan dilini öyrənmək istəyənlər qoy Givinin əsərlərini oxusunlar".

Onun şeirlərinin əsas poetik ünvanı Vətəndir və bu yazıda həmin bədii nümunələrdən söz açacağıq. 2021-ci ildə "Təhsil" nəşriyyatında işıq üzü görmüş "Givinin Qarabağnaməsi" kitabında toplanan bədii nümunələrdə hədəf seçilən məramlardan ən əsası mənfur düşmənlərin torpaqlarımızdan təmizlənəcəyi günü yaxınlaşdırmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdı. Yurd sevdalı şair torpaqlarımızın işğala məruz qalmasından dolayı ağrılarını yana-yana dilə gətirir, xalqımızın dərdinə biganə qalan, kar, kor, susqun dünyanın yalanlarını ifşa edirdi.

Hələ 1989-cu ildə yazdığı "Ayağa qalxın!" adlı şeirində həyəcan təbili çalaraq, xalqını, millətini ayıq-sayıq olmağa, "el gücü-sel gücü" deyib birləşməyə, torpaqlarımıza diş qıcayan düşmənin cəzasını verməyə çağırırdı.

"Haydı, igidlərim, düz Qarabağa, qeyrət məqamıdır, ayağa qalxın!" deyən Givi, qlobal gücləri, erməni şovinistlərinə züy tutan, bədnam qonşularımızın yalanlarına göz yumanları yamanlayırdı.

G.Paçxataşvili poetik sanbalı ilə fərqlənən ictimai məzmunlu şeirlərində sözün yeni məna çalarlarının gücü ilə bənzərsiz lövhələr yaradır. Bu dəfə 20 Yanvar faciəsi ilə bağlı silsilə şeirlərində. Həmin hüznlü şeirlər Sovet imperiyasının "Qara Şənbə" günündə xalqımızın başına gətirdiyi, ürəyimizi dağlayan müsibətlərə şairin sərt etirazıdır.

"Bakım" şeiri 20 Yanvar faciəsi, ümumən şəhidlik mövzusunda yazılmış mükəmməl bədii nümunələrdəndir. Söz adamı o məşum gecənin dəhşətlərini yana-yana nəql edir, haqq işimiz uğrunda mücadiləyə qalxan, zəhmli tankların amansız mərmilərindən qorxmayıb ölümün üstünə gedən mərd oğulların hünərini dilə gətirir: 

Xalq adında bir top kimi

Lüləsi şimala çöndün...

Yağılar gündüzdən hürküb,

Gecəyə saxladılar öz əməlini,

Sabahı qırmaq üçün,

Bakım, sənin azadlıq təməlini.

20 Yanvar faciəsindən yazan şairin bu şeirində onun qəlb yarasına çevrilmiş dərd-səri, iç dünyasındakı kədəri elə ifadə edilib ki, bu poetik duyğular bizim də dərdimizə çevrilir. Əsl sənətkarlıq da elə bundadır:

Bir fağır kimi təkləndin,

Qızarıb qərənfilləndin.

Şəhidlər üstə inlədin -

Sayını bilmədin, Bakım.

İnformasiya blokadasına salınan, yolları-rizləri bağlı Bakıdan o gecə dünya xəbərsiz idi. Səsimizin içimizdə boğulduğu, ünümüzün kimsəyə yetmədiyi bir qaranlıq gecəydi o gecə.

Əsl sənətkarlar ən çətin məqamlarda xalqının, soydaşlarının yanında olmalı, onun sözünü deməlidir. Givinin torpaqlarımızın uzun illər işğal altında qalması ilə bağlı mücadiləyə çağıran şeirləri bu qəbildəndir. "Şəhidlərin ağıları" adlı şeirində o, müqəddəs şəhadətə yüksələnlərin dili ilə Vətən oğullarını mübarizəyə səsləyir. Bu dəfə onun səsi daha qətiyyətlidir: 

Azadlıq deyə-deyə

Ruh olub qalxdıq göyə.

Yetər göz yaşı tökmək -

Haydı, millət, cəbhəyə!

Givinin vətəndaş yanğısı və qeyrəti ilə qələmə aldığı mübariz ruhlu şeirlərini hiss-həyəcansız oxumaq mümkünsüzdür. Müəllifin fikrincə, Zəfər yürüşündə şəhid də olarlar, axı, hər şey Vətən adına, Vətən naminədir:

Bel bağlayın Allaha,

Cəld sarılın silaha.

Satmayın günü-günə,

Yol açınız sabaha, -

deyir şair. Yaxud:

Yurdları azad edin,

Yağını bərbad edin.

Torpaqları qaytarıb

Ruhumuzu şad edin!

Bu nisgil dolu şeirlərdə Xocalı müsibətini yaşayanların dərdi-kədəri, üzüntüləri real boyalarla çatdırılıb, şeirlərin hər bəndi ürək göynədən hekayət təsiri bağışlayır. Körpə arzuları qan gölündə boğulmuş balaca Zəhranın müqəddəs ruhuna ithaf etdiyi şeirində Givi azğın, vəhşi dünyanı, qaniçən qatilləri lənətləyib.

Bütün dünyaya səs salan möhtəşəm Zəfərimizin ünvanı - 44 gün çəkən Vətən müharibəmiz haqq işimizi bir daha təsdiqlədi. Vətən savaşımıza qatılan oğullar qanlı cəbhələrə yüksək ruh və döyüş əzmi ilə yollanırdılar:

İnanırıq, gün gələr,

Azad Xocalı gülər.

Əsgər şücaətiylə

Düşmən beli bükülər.

Şükürlər olsun ki, işğal altında qalmış yurd yerlərimiz indi xoş günlərinə qayıdıb, kol-kos basmış yollar nəfəsimizlə isinir, azad torpaqlarımızda həyatın nəbzi duyulur. İndi qələm dostumuz Giya Paçxataşvili daha çox Zəfər şeirləri yazır:

Öyün ki, ön cəbhədə vuruşan övladın var,

Onun igidliyində sənin şanlı adın var.

Yağıları həmlənlə yurdundan atasısan -

Sən əsgər atasısan!

Əsrlərdən bəri dost və qonşu olduğumuz gürcü xalqının nümayəndəsi G.Paçxataşvilinin Qarabağ mövzusunda bu qədər ürəklə və davamlı yazması, ürək ağrılarımızı, əsl gerçəyi söyləməsi onun dünyaya göz açdığı Azərbaycana sonsuz sevgisinin göstəricisidir:

Dünya şahid olur möhtəşəm ana,

Muştuluq verərək Azərbaycana...

Şair misrasının coşqusu gəlir -

Havadan Qələbə qoxusu gəlir!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Fevral 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri