Icma.az
close
up
RU
BDU da Əməkdar jurnalist Zemfira Məhərrəmli ilə görüş olub

BDU da Əməkdar jurnalist Zemfira Məhərrəmli ilə görüş olub

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin 70 illik yubileyi münasibətilə “Ötür durna qatarı” adlı tədbir təşkil olunub.

BDU-dan 525.az-a bildirilib ki, tədbirin moderatoru, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova yubilyarın zəngin yaradıcılıq yolu və Azərbaycan jurnalistikasına verdiyi töhfələrdən bəhs edib.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışında Zemfira Məhərrəmlinin yaradıcılığında Birinci Qarabağ müharibəsi mövzusunun xüsusi yer tutduğunu bildirib. Zemfira Məhərrəmlinin Azərbaycan jurnalistikasında praktik fəaliyyəti ilə seçilən qabaqcıl qadın jurnalistlərdən biri olduğunu vurğulayaraq, onun çoxsaylı kitabların müəllifi olmasını və televiziya sahəsində zəngin təcrübəyə malik olmasını diqqətə çatdırıb.

Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli isə çıxışında Zemfira Məhərrəmlinin yaradıcılığında şəhidlər mövzusunun mühüm yer tutduğunu qeyd edərək, bu əsərlərin onun daxili dünyasının və vətəndaş mövqeyinin ifadəsi olduğunu deyib.

Tədbir çərçivəsində Zemfira Məhərrəmlinin həyat və yaradıcılığını əks etdirən qısa videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən Zemfira Məhərrəmli BDU-da keçən tələbəlik illəri, universitet mühiti və müəllimləri ilə bağlı xatirələrini bölüşüb. O, Şirməmməd Hüseynov, Famil Mehdi, Nurəddin Babayev, Nəsir İmanquliyev, Cahangir Məmmədli, Akif Rüstəmov, Rəhilə Kəsəmənli və digər tanınmış jurnalist və alimlərdən dərs aldığı illəri xatırladıb. Yubilyar tələbələrə peşəkar jurnalist olmağın məsuliyyəti, jurnalistikanın cəmiyyət üçün əhəmiyyəti və bu ixtisasın verdiyi imkanlar barədə tövsiyələrini çatdırıb.

Zemfira Məhərrəmli Birinci Qarabağ müharibəsi dövründə yaşadığı hadisələr, müəllifi olduğu kitablar haqqında maraqlı faktlar səsləndirib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri