Icma.az
close
up
RU
Çox səhv edib universitetdə dörd ilimi itirmişəm Peşə təhsilinə maraq ARTIR

Çox səhv edib universitetdə dörd ilimi itirmişəm Peşə təhsilinə maraq ARTIR

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu il peşə təhsil müəssələrinə qəbul ötən illə müqayisədə 21 faiz artıb. Hətta onlardan bəziləri müəllim, bəziləri də universitet məzunu olub.

Bəs peşə təhsilinə artan marağın səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirdi ki, çalışdığı Sosial Tədqiqatlar Mərkəzində peşə təhsili ilə bağlı bir tədqiqat aparıblar:

"Apardığımız tədqiqat nəticəsində bir çox məsələnin şahidi olduq. Bundan əlavə, jurnalist kimi çalışarkən bizim peşə təhsili ilə bağlı çox yaxşı layihələrimiz var idi. Onlardan biri də ali təhsilli. olmasına baxmayaraq, peşə təhsili alan şəxslərlə müsahibə idi. Biz 40-a yaxın insanla müsahibə apardıq və hamısının sözü, bilirsinizmi, nə oldu? "Çox səhv edib universitetdə dörd ilimi itirmişəm". Bununla universitetlərin nüfuzunu aşağı salmaq istəmirəm. Amma əmin ola bilərsiniz ki, bizim çağdaş dövrümüz və əmək bazarının tələbləri üçün indiki peşə təhsil mexanizmimiz daha uyğundur. Mən peşə təhsilinin əmək bazarı üçün yararlılığını kolleclərlə müqayisə belə etmirəm. Onları peşə təhsili nə qədər üstələyir, bu, tam ayrı mövzudur".

Ekspertin fikrincə, peşə təhsilinin əmək bazarı üçün faydalılığına və praktikliyinə görə bəzi universitetlərdə bir sıra ixtisasları qabaqlayır.

"Səhv etmirəmsə, 13 qrupdan ibarət peşə ixtisasları var və bunun içində 100-dən çox peşə mövcuddur. Peşə Təhsili Agentliyinin saytında bunlarla tanış olmaq mümkündür. Onların hər biri əmək bazarındakı yararlılığı ilə fərqlənir.

Mən fürsətdən istifadə edib Peşə Təhsili Agentliyinə öz təşəkkürümü bildirirəm. Həqiqətən, peşə təhsilində son 5-10 il ərzində çox mükəmməl işlər görüldü. Burada ən önəmli məqam isə əmək bazarı ilə peşə təhsilinin uyğunlaşdırılması idi. Əvvəllər yalnız bir dəfə peşə təhsili müəssisələrinə qeydiyyat olurdu. İndi isə o qədər tələbat var ki, keçən il 3 dəfə ayrı-ayrı vaxtlarda qeydiyyat aktivləşdirildi. Yəni düşünürəm ki, əmək bazarının qoyduğu tələblər, praktikliyi, ölçülmüş dəyərləndirmələr peşə təhsilini cəmiyyətə daha faydalı və əlçatan etdi",- deyə Elmin Nuri qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyul 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri