Icma.az
close
up
RU
Çox yatanlar yaşından qoca görünür Alimlər təsdiqlədi

Çox yatanlar yaşından qoca görünür Alimlər təsdiqlədi

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Mütəxəssislər uzun müddət yatmağın insan sağlamlığına mənfi təsir göstərə və qocalmanı sürətləndirə biləcəyini açıqlayıblar.
Demokrat.az xəbər verir ki, alimlərin araşdırmasına görə, normadan artıq yatmaq beyin, ürək, ağciyər və immun sisteminin daha sürətli qocalmasına səbəb ola bilər.
Mütəxəssislər böyüklər üçün gündəlik ideal yuxu müddətinin 7-8 saat olduğunu bildirirlər. Araşdırma zamanı Britaniya biobankında yer alan təxminən 500 min insanın məlumatları analiz edilib və süni intellekt vasitəsilə qocalma göstəriciləri müəyyənləşdirilib.
Nəticələrə əsasən, 7-8 saatdan artıq yuxunun orqanizm üçün faydası azalır.
Somnoloq Sofiya Çerkasova isə bildirib ki, bu nəticələrə ehtiyatla yanaşmaq lazımdır. Onun sözlərinə görə, həddindən artıq yuxululuq çox vaxt artıq mövcud olan sağlamlıq problemlərinin əlaməti olur.
Həkim qeyd edib ki, bəzi insanlarda yuxunun keyfiyyəti aşağı olduğundan, onlar standart müddətdə tam bərpa ola bilmirlər. Bəzi hallarda isə uzun yuxu kimi görünən vəziyyət sadəcə yataqda uzun müddət qalmaqdan ibarət olur.
Araşdırmalarda artıq yuxu ürək-damar xəstəlikləri, diabet, depressiya və erkən ölüm riski ilə əlaqələndirilib. Uzun yatmağa səbəb olan digər amillər arasında apnoe, qalxanabənzər vəz xəstəlikləri, anemiya, nevroloji problemlər və xroniki iltihablar göstərilib.
Digər tədqiqatlar isə gündə 9 saatdan çox yatmağın yaddaş, koordinasiya və özünənəzarət kimi koqnitiv funksiyaların zəifləməsi ilə əlaqəli olduğunu ortaya çıxarıb.
Mütəxəssislər keyfiyyətli yuxu üçün gündəlik rejimə əməl etməyi, təmiz havada gəzməyi, yataq otağını havalandırmağı və yatmazdan əvvəl telefondan istifadəni azaltmağı tövsiyə edirlər.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 May 2026 04:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri